Ekopublika.az
Azərbaycanda sənayenin qeyri-neft sahələrində istehsalın həcmi il ərzində artıb
2014-cü ilin yanvar-fevral aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 5,4 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sənaye
məhsulunun 71,6 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 6,8
milyon ton neft, 3,1 milyard kub metr əmtəəlik təbii qaz və digər
məhsullar hasil edilib. Emal bölməsində istehsalın həcmi sənayenin
ümumi məhsulunun 21,1 faizini təşkil edib, qida, toxuculuq, geyim,
ağac emalı və ağacdan məmulatların, kimya, tikinti materiallarının,
metallurgiya, hazır metal məmulatlarının, maşın və avadanlıqların,
avtomobil və qoşquların, sair
nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında daha çox
artım müşahidə edilib.
İstehsal edilmiş sənaye məhsulunun 6,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı bölməsinin, 0,6 faizi su təchizatı,
tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.
Sənayenin qeyri-neft sahələrində
istehsalın həcmi əvvəlki ilin yanvar-fevral aylarının səviyyəsini
8,8 faiz üstələyib, neft-qaz sektorunda isə 4,8 faiz azalıb. Ümumi
sənaye istehsalının 93,1 faizi malların (əmtəələrin), 6,9 faizi isə
sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 79,9 faizi
özəl bölmədə istehsal olunub.
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO
-
Dünya08:10
Zelenski onu vəzifəsindən azad etdi
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi