Ekopublika.az
Neftin qiyməti 100 dollara qalxacaq – PROQNOZ

2016-cı ildə neftin bir bareli 60-70 dollara qədər qalxa bilər. Publika.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
“Neftin qiymətində yüksək dəyişkənlik var. Gələn ilə qiymətlərin 60-70 dollara qədər qalxacağı gözlənilir. Mənə elə gəlir ki, perspektivdə orta qiymət 50 dollardan aşağı olmayacaq”, - deyə A. Novak “Soçi – 2015” Beynəlxalq İnvestisiya Forumunda bildirib.
“Lukoil” şirkətinin vitse-perezidenti Leonid Fedun isə daha optimist məbləğ səsləndirib. Şirkətin təxminlərinə görə, neftin bir barelinin qiyməti 80-100 dollara qədər qalxa bilər.
“İnterfax”ın məlumatına görə, Rusiya maliyyə naziri Maksim Oreşkinin proqnozu energetika nazirindən daha pessimistdir. Onun sözlərinə görə, neftin barelinə görə qiymət diapazonu 40-60 dollar arasında olacaq. Maliyyə naziri hesab edir ki, neftin qiyməti uzun zaman, yəni 5-7 il belə qalacaq.
Qeyd edək ki, cümə günü London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 48,13 dollar olub.
Gülnar Əliyeva

-
İdman10:07
"Qarabağ" - "Viktoriya" matçının hakimləri bəlli oldu
-
İdman09:18
İslamiada: Azərbaycan 58 medalla 4-cü pillədədir
-
Cənubi Qafqaz01:21
İrəvanda itkin düşənlərin sayı 27-yə yüksəldi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çoxdan gözlədiyiniz olay yaşanacaq
-
Dünya14 Avqust 22:49
Dünya əhalisinin sayı AÇIQLANDI
-
Cənubi Qafqaz14 Avqust 22:31
İrəvan metrosuna bomba qoyulması xəbəri YALAN ÇIXIDI - YENİLƏNDİ
-
Region14 Avqust 21:31
ŞOK OLAY: 2 yaşlı qız onu sancan ilanı DİŞLƏYİB ÖLDÜRDÜ - FOTO
-
Avropa14 Avqust 21:00
Ukraynadakı münaqişənin iki HƏLL VARİANTI: hansı seçilməlidir?