Vitse-spiker: “2016-cı ilin büdcə layihəsi çox real və təmkinli büdcədir”
Bizi izləyin

Ekopublika.az

Vitse-spiker: “2016-cı ilin büdcə layihəsi çox real və təmkinli büdcədir”

“Dünyada gedən iqtisadi, siyasi, hərbi proseslərin fonunda təqdim olunan 2016-cı ilin büdcə layihəsi çox real, imkanlarımızın nəzərə alındığı və təmkinli büdcədir”.

Publika.az-ın məlumatına görə, bu sözləri büdcə müzakirələri zamanı Milli Məclisin sədr müavini Ziyafət Əsgərov deyib. O qeyd edib ki, bu büdcə layihəsi ilə 2016-cı ildə qarşıda duran məsələlər həll oluna bilər.

Vitse-spiker Şimal-Cənub tranzit dəhlizinin Azərbaycan üçün əhəmiyyətindən danışıb. O, sözügedən tranzit dəhlizinin inkişafı ilə əlaqədar Azərbaycan Dəmir Yolları QSC-nin İran Dəmir Yolları ilə birlikdə fəaliyətə başladığını bildirib. Z.Əsgərov vurğulayıb ki, strateji cəhətdən çox önəmli olan bu “koridor”un potensialı olduqca yüksəkdir: “Avropa Birliyi ilə Hindistan arasında cari ticarət dövriyyəsi illik 25,5 milyon ton təşkil edir və bu dövriyyənin 94 faiz hissəsi dəniz yolu ilə daşınmaqdadır. Rusiya ilə İran arasında 2014-cü il üzrə ticarət dövriyyəsi 3,3 milyon dollar təşkil edir. Digər ətraf ölkələri də nəzərə almaqla 30 milyon ton yükün hərəkət etdiyi nəqliyyat dəhlizi kimi tranzit vaxt və qiymət baxımından ən effektiv logistik həll yoludur. Qeyd olunan bütün yüklərin sözügedən dəhlizə cəlb olunması üçün aşağıdakı tədbirlərin görülməsi lazımdır.

Birincisi, Azərbaycanın Astara rayonunun ərazisində mövcud dəmir yolu xətti İran sərhədinə qədər 8,3 kilometr uzadılmaldır.

İkincisi, sərhəddə olan Astaraçay üzərindən körpü inşa olunmalıdır.

Üçüncüsü, İran Astarası ərazisində əlavə 1,7 km dəmir yolu xətti çəkilməlidir.

Dördüncüsü, İran Astarasnda dəmir yolu xəttinin tamamlandığı 10 hektar ərazidə yük terminalı məntəqəsi inşa edilməli, həmin terminal yüklərin tirlərdən qəbul olunaraq, dəmir yoluna yüklənməsi, saxlanması, emalı, sənədləşdirilməsi funksiyaları həyata keçirməlidir. Beləliklə yük vaqonlarının Azərbaycan ərazisinə tranzit rejimi statusu ilə daxil olaraq Rusiya istiqamətində hərəkəti asanlaşmış olacaq. Bu da logistikanın səmərəli təşkili baxımından tranzit qiymətinə və tranzit vaxtı meyarlarına ciddi təsir göstərəcək. Yuxarıda qeyd olunan yük terminalı Azərbaycan və İran İslan Respublikalarının müştərək idarəçiliyində olmaqla həm idarəçilik, həm də gəlirlərin bölüşdürülməsi ilə həyata keçiriləcək. Bu yük terminalı hər iki ölkənin təstiq etdiyi xüsusi iqtisadi rejim statusunda fəaliyyət göstərməklə Rəşt-Astara dəmir yolu xəttinin tikintisindən sonra oxların dəyişməsi üçün də istismar olunacaq. Astara rayonu ərazisində mövcud dəmir yolu xəttinin 8,3 km uzadılması və sərhəddə olan Astaraçay üzərindən körpü inşa olunması üçün təxminən 40 mln dollar tələb olunur. Hazırda işçi qrupu yuxarıda qeyd olunanların həata keçirilməsi istiqamətində çalışır. İlkin mərhələdə 5 milyon ton, növbəti etapda isə 10 milyon ton yükün sözügedən tranzit dəhlizinə cəlb olunması planlaşdırılır”.

O deyib ki, prioritet istiqamət təşkil edən bu tranzit dəhlizin açılması Azərbaycan büdcəsinə əlavə gəlirlərin daxil olmasına şərait yaradacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm