Pul
Türkiyənin kredit reytinqi yüksəldi
Beynəlxalq kredit reytinq agentliyi "Standard & Poor's"(S&P) Türkiyənin kredit reytinqini "B"dən "B+"ə yüksəldib və kredit reytinqinin proqnozunu "müsbət" olaraq saxlayıb.
Publika.az xəbər verir ki, S&P Türkiyə iqtisadiyyatı ilə bağlı qiymətləndirməsini açıqlayıb.
Açıqlamada Türkiyədə yerli seçkilərdən sonra xarici tarazlığın təsiri ilə pul, maliyyə və gəlir siyasətləri arasındakı koordinasiyanın yaxşılaşacağı, portfel daxilolmalarının artacağı, cari əməliyyatlar açığının daralacağı və yaxın 2 ildə inflyasiyanın və dollarlaşmanın azalması proqnozlaşdırılır.
Ölkə iqtisadiyyatı ilə bağlı proqnozların da yer aldığı açıqlamada Türkiyə iqtisadiyyatının bu il və gələn il 3 faiz böyüməsinin gözlənildiyi bildirilib.
Açıqlamada bildirilib ki, ölkədə istehlak qiymətləri artımının bu il 55,8 faiz, gələn il isə 27,3 faiz olacağı proqnozlaşdırılır.
Roza Şəfiyeva
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək





































