Kənd təsərrüfatı məhsullarında qiymət artımı - ADBAAD
Bizi izləyin

Ekopublika.az

Kənd təsərrüfatı məhsullarında qiymət artımı - ADBAAD

2015-ci ilin oktyabr ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,7 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,9 faiz bahalaşıb. Ümumilikdə, kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,8 faiz qalxıb.

Publika.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, birillik bitkilərdən pomidorun, xiyarın, sarımsağın, badımcanın, soğanın, kartofun, şirin bibərin istehsalçı qiymətləri bahalaşıb, göy lobyanın istehsalçı qiyməti ucuzlaşıb.

Digər birillik bitkilərin qiymətlərində ciddi dəyişikliklər baş verməyıb.

Ay ərzində çoxillik bitkilərdən heyvanın, narın, üzümün, armudun, qozun, almanın istehsalçı qiymətləri ucuzlaşıb, digərlərinin qiymətləri sabit qalıb.

Heyvandarlıq məhsullarından yumurtanın, ev quşlarının, südün istehsalçı qiymətləri bahalaşıb. Digərlərinin isə qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm