Yapon banklarından Azərbaycana 100 milyon avro kredit
Bizi izləyin

Ekopublika.az

Yapon banklarından Azərbaycana 100 milyon avro kredit

Yaponiya bankları “Azersky" peykini maliyyələşdirəcək.

Publika.az xəbər verir ki, bununla bağlı “Azərkosmos” ASC Yaponiyanın Sumitomo Mitsui Bank Korporasiyası (Sumitomo Mitsui Banking Corporation (SMBC) və Mizuho Bankı ilə 11 illik müddətə kredit sazişi imzalanıb. Kreditin məbləği 100 milyon avrodur.

Fransanın ixrac-kredit agentliyi olan COFACE tərəfindən zəmanətlə təmin olunmuş kredit Azərbaycanın ilk Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky" peykinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

Saziş çərçivəsində Fransanın "Airbus DS" şirkəti "Azərkosmos"u 30 iyun 2014-cü tarixdə orbitə buraxılmış peyk sistemi ilə təmin edir. Təchiz olunan ən son Fransa texnologiyasına yerüstü idarəetmə seqmenti, peyk təsvirlərinin avtomatik emalı avadanlığı, çoxmissiyalı yerüstü qəbuletmə stansiyası, missiya avadanlıqları və aidiyyəti xidmətlər də daxildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm