Hansı quruma büdcədən nə qədər pul ayrılıb? - RƏQƏM
Bizi izləyin

Ekopublika.az

Hansı quruma büdcədən nə qədər pul ayrılıb? - RƏQƏM

Gələn ilin büdcəsindən dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 1.249.735.149,0 manat nəzərdə tutulub.

Publika.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, gələn ilin büdcəsindən bələdiyyələrə 5.200.000,0 manat dotasiya ayrılıb.

Azərbaycan Respublikasının Milli Məclisi üzrə xərclər 23 245 955,0 manat, Nəqliyyat Nazirliyi üzrə xərclərin məbləği 2 687 733,0 manat, qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması xərcləri 538 323 218,0 manat, Nazirlər Kabinetinin xərcləri 10 072 645,0 manat nəzərdə tutulub.

İstər Milli Məclisin, istərsə də qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması xərcləri cari ilin proqnozu ilə müqayisədə azaldılıb.

Nəqliyyat Nazirliyinə ayrılan xərc maddəsi isə cari illə müqayisədə 746 550 manat artırılıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm