Bir gecədə 8,7 milyard dollar itirdilər
Bizi izləyin

Ekopublika.az

Bir gecədə 8,7 milyard dollar itirdilər

Dünyanın ən zəngin 5 adamı dünən 8,7 milyard dollar itirib.

Publika.az xəbər verir ki, buna səbəb Çində emal sənayesinin zəifləməsinə dair açıqlanan rəqəmlər və Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginliyin artması olub.

Dünyanın ən böyük pərakəndə satış şirkəti “Amazon”un qurucusu Jeff Bezos şirkətin hissələrində 5,8 faizlik eniş nəticəsində 3,7 milyard dollar itirib. Bezos “Bloomberg” Milyarderlər İndeksində 2016-cı ilin ilk əməliyyat günündə itki ilə üzləşən iş adamlarının siyahısına liderlik etdi. Onun sərvəti indi 56 milyard dollar səviyyəsinə düşüb.

Dünyanın ən böyük moda pərakəndəçisi “Inditex” də itirib. Səhmlərinin 3,5 faiz ucuzlaşması nəticəsində şirkətin sahibi Amansio Orteqanın sərvəti 2,5 milyard dollar azalaraq 70,4 milyard dollara düşüb.

“Berkshire Hathaway Inc”in sahibi Uorren Baffet, meksikalı Karlos Slim və dünyanın ən zəngin adamı -“Microsoft Corp”un qurucusu Bill Geytsin isə itkisi cəmi 2,5 milyard dollar olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm