
Bu gün Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib.
Bu barədə Publika.az-a Mərkəzi Bankdan məlumat verilib.
Mərkəzi Bank tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda iştirak edən 7 bank tərəfindən məcmu tələb 18,370 mln. dollar təşkil etdiyindən, sifarişlər 100% təmin olunub.