Ekopublika.az
İran neftin qiymətini açıqladı
Qərbin sanksiyaları ləğv edildikdən sonra İran Avropaya
satacağı neftin qiymətini elan edib. ANS PRESS-in məlumatına görə,
bu barədə “Bloomberg” xəbər yayıb..
“Iran Heavy” neftinin bir bareli Səudiyyə Ərəbistanın neftindən
1.25 dollar ucuz olacaq. "İran bazarda sabit pay alana qədər
qiyməti aşağı saxlamaq niyyətindədir. Ölkə çox qısa vaxt ərzində
beynəlxalq bazara tədarükünün artırılması üçün çalışır”, - deyə
“Qamar Energy” baş direktoru Robin Mills bildirib.
Qərbin sanksiyaları dayandırmasından sonra İran Avropaya gündə 300 000 barrelə qədər xam neft ixrac etməyi planlaşdırır. Bu barədə “Wall Street Journal” İranın neft naziri Bijan Zəngənəyə istinadən bildirib. İran ilk dəfə rəsmi olaraq Avropaya neft ixracı barədə ehtimal etdiyi rəqəmi səsləndirib. 2012-ci ildə əksər qərb ölkələri nüvə proqramı ilə bağlı Tehrana qarşı sanksiyalar elan edənə qədər Avropa İran üçün ən vacib bazar idi. Zəngənə bildirib ki, növbəti bir neçə ay ərzində İran Asiya ölkələrinə nəql hesabına neft ixracatını gündə 500 000 barrelə qaldırmağa cəhd edir.
İran 2016-2017-ci illər üçün dövlət büdcəsində neftin baza qiymətini 40 dollardan hesablayıb. Bu barədə İranın neft naziri Bijən Zəngənə bildirib. Onun sözlərinə görə, növbəti il üçün xam neftin qiyməti neft bazarındakı dəyişiklikdən asılı olacaq. Səudiyyə Ərəbistanı isə 2016-cı il üçün dövlət büdcəsində neftin baza qiymətini 29 dollardan götürüb.
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO