3 bank birləşir
Bizi izləyin

Ekopublika.az

3 bank birləşir

"Günay Bank" ASC "Atrabank" ASC və "Qafqaz İnkişaf Bankı" ilə birləşmək niyyəti barədə protokol imzalayıb.

Publika.az “Trend”ə istinadən bildirir ki, bunu "Günay Bank"ın İdarə Heyətinin sədri Emin Ağayev deyib.

Onun sözlərinə görə, proses davam edir: "Biz artıq protokollar imzalamışıq, onları müvafiq strukturlara təqdim etmişik. Bu, olduqca çətin və uzun prosesdir. Bildiyiniz kimi, Mərkəzi Bank "Atrabank" və "Qafqaz İnkişaf Bankı"nın lisenziyalarını geri çağırıb, bu isə prosesi yubadır".

E.Ağayev qeyd edib ki, banklar birləşmək barədə razılığa gəlməsələr, "Günay Bank" konsolidasiya üçün alternativ variantları nəzərdən keçirəcək: "Bildiyiniz kimi, daha əvvəl digər banklarla birləşmə məsələsini müzakirə etmişik, indi isə "Atrabank" və "Qafqaz İnkişaf Bankı" ilə müzakirə edirik. Əgər alınmasa, digər banklarla razılaşacağıq. Bəyan etmək istəyirəm ki, "Günay Bank" birmənalı olaraq Azərbaycanın bank bazarında qalacaq".

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm