Tehranda böyük bazarlıq: İranla İraq neft müzakirələrinə başlayır
Bizi izləyin

Ekopublika.az

Tehranda böyük bazarlıq: İranla İraq neft müzakirələrinə başlayır

Neft istehsalçıları arasındakı böyük bazarlıqda diqqətlər indi də İranın paytaxtı Tehrana çevrilib.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, artıq Səudiyyə Ərəbistanı və Rusiyanın qlobal təklif bolluğunu aradan qaldırmaq istiqamətində ilk addım ataraq istehsalı yanvar ayı səviyyəsində dondurmaq qərarından sonra nəzərlər İran-İraq görüşünə dikilib. Hər hansı bir razılaşmada kritik əhəmiyyətə malik olan iki OPEC üzvü - İran və İraq bu gün Venesuelanın da iştirakı ilə görüşəcək.

Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Nəimi istehsalın məhdudlaşdırılmasında iştirak etdiklərini, ancaq müştərilərin artan tələblərini qarşılayacaqlarını təkrar edib.

Qətərin Energetika naziri Mohammed bin Saleh al-Sada isə Dohada mətbuat nümayəndələrinə verdiyi açıqlamada razılaşmanın digər neft istehsalçılarının da eyni addımı atıb-atmamalarına bağlı olduğunu deyib. Artıq Küveyt qərarı müsbət qarşılayıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm