Rusiya Türkiyəyə qaz ixracını azaldıb
Bizi izləyin

Ekopublika.az

Rusiya Türkiyəyə qaz ixracını azaldıb

Rusiyadan Türkiyəyə qaz ixracı azalıb.

Publika.az xəbər verir ki, Türkiyənin Rusiyadan aldığı təbii qaz 2015-ci ildə əvvəlki illə müqayisədə 320 milyon kubmetr azalaraq 27 milyard kubmetrə düşüb.

“Qazprom” şirkətinin məlumatlarına görə, 2014-cü ildə 27,33 milyard kubmetr olan təbii qaz ixracı keçən il 27,01 milyard kubmetrə azalıb.

“Qazprom” Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri istisna olmaqla 2015-ci ildə qaz ixracını 8,2 faiz artıraraq 158,6 milyard kubmetrə çatdırıb.

Türkiyə Almaniyadan sonra rus qazının ən böyük ikinci idxalatçısı mövqeyindədir.

O ki qaldı Rusiyanın Avropaya qaz ixracını artırmasının səbəblərinə, bu, AB-nin istehsalındakı eniş və təbii qazın elektrik istehsalında istifadəsi ilə bağlıdır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm