“Dondurma” danışıqları bahalaşma buzunu əridir
Bizi izləyin

Ekopublika.az

“Dondurma” danışıqları bahalaşma buzunu əridir

“Brent” markalı neft Rusiyanın istehsalın dondurulması ilə bağlı müzakirələrə başlamasından sonra dəyər qazanıb.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, neft müqavilələrində neftin qiyməti 1,5 faiz yüksəlib. Bununla da 4,3 faizə çatan gündəlik eniş dayanıb.

Rusiyanın enerji naziri Aleksandr Novak dövlət televiziyasına verdiyi şərhdə bildirib ki, İranın istehsalın dondurulması ilə bağlı razılaşmalara qatılıb-qatılmayacağı məlum olmasa da, ideyanı dəstəkləyir.

İran naziri isə deyib ki, İraq və İran itirdikləri bazar payını geri almaq istəyirlər.

Qeyd edək ki, bu ilin əvvəlindən neft 10 faiz ucuzlaşıb. Vəziyyətə çarə tapmaq üçün keçən həftə Səudiyyə Ərəbistanı, Rusiya, Venesuela və Qətər Dohada istehsalı yanvar ayı səviyyələrində dondurmaqla bağlı razılaşma əldə ediblər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm