Əmanətlərin faiz dərəcəsi yüksəlib
Bizi izləyin

Ekopublika.az

Əmanətlərin faiz dərəcəsi yüksəlib

Mart ayının 1-nə manatla yerləşdirilən depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 7,83 faiz, xarici valyuta ilə 6,99 faiz olub.

Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, fiziki şəxslərin manatla əmanətləri üzrə faiz dərəcəsi 8,96 faiz, xarici valyuta üzrə 8,29 faiz təşkil edib. Faizləri ilin əvvəli ilə müqayisə etdikdə məlum olur ki, manatla əmanətlərin faiz dərəcəsi yüksəlib, xarici valyuta ilə azalıb.

Verilmiş kreditlərin faizlərinə gəlincə, fiziki şəxslərə manatla kreditlər 17,24 faizlə, dollarla kreditlər 20,19 faiz olub. Fevral ayı ilə müqayisədə istər dollar, istərsə də manatla kreditlərin faizləri azalıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm