Ekopublika.az
Azərbaycan regional nəqliyyat mərkəzinə çevrilir
"2003-cü ildən bu günə qədər görülən işlər haqqında çox
danışmaq istəməzdim. Hər şey göz qabağındadır. Azərbaycanın
beynəlxalq nüfuzu artıb, biz 155 ölkənin dəstəyi ilə BMT
Təhlükəsizlik Şurasına üzv olmuşuq, milli iqtisadiyyat üç dəfədən
çox artıb, maaşlar, pensiyalar dəfələrlə artırılıb".
Bunu Prezident İlham Əliyev Azərbaycanın milli bayramı - Respublika
Günü münasibətilə təşkil edilən rəsmi qəbulda çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan çox böyük əhəmiyyət kəsb
edən transmilli, enerji və nəqliyyat layihələrini uğurla icra edib:
"Azərbaycan qaz, elektrik enerjisi idxal edən ölkədən ixrac edən
ölkəyə çevrilmişdir. Biz enerji, xüsusilə neft-qaz layihələrinin
icrasında liderlik keyfiyyətlərimizi bütün dünyaya nümayiş
etdiririk. Biz indi regional nəqliyyat mərkəzinə çevrilirik.
Bu ilin sonuna qədər Bakı-Tbilisi-Qars dəmir yolunun istismara
verilməsi gözlənilir. Bildiyiniz kimi, Azərbaycan öz üzərinə düşən
bütün öhdəlikləri yerinə yetirib. Məndə olan məlumata görə, bu yol
bu ilin sonuna qədər açılacaq. Artıq yük göndərən müvafiq
tərəflərlə danışıqlar aparılır. Əminəm ki, Asiyadan Avropaya gedən
bu ən qısa yol qısa müddət ərzində istifadəyə veriləcək və
Azərbaycana çox böyük fayda gətirəcək.
Bu ilin sonuna qədər digər önəmli dəhlizin yaradılması
istiqamətində vacib addımlar atılacaq. Azərbaycan öz dəmir yolunu
İran sərhədinə qədər çatdırmalıdır. Bu da qarşıya qoyulan bir
vəzifədir. Astara çayı üzərində yeni dəmir yolu körpüsü
tikilməlidir. Beləliklə, Şimal-Cənub dəhlizinin önəmli hissəsi həll
edilmiş olur. Qalan hissənin yaradılması üçün Azərbaycan gələcək
illərdə öz dəstəyini verəcək və o cümlədən maliyyə resurslarını
cəlb etməyə hazırdır".
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO