Ekopublika.az
Neft şirkətləri çökdü, funt sterlinq 16 valyuta qarşısında əridi -SONRA NECƏ OLACAQ?
Yola saldığımız həftə Avropa Statistika Ofisi pərakəndə satış rəqəmlərinin 0,4 faiz artdığını açıqladı. Bununla da pərakəndə satışlar keçən ilin iyun ayı ilə müqayisədə 1,6 faiz yüksəlmiş oldu. İngiltərə Mərkəzi Bakı isə 7 ildən sonra ilk dəfə faiz endiriminə getdi. Bu da sterlinqi digər valyutalar qarşısında zəiflətdi. Rusiyada son 5 ildə ilk dəfə deflyasiya qeydə alındı. İqtisadiyyatı çökmək üzrə olan Venesuela neftin qiymətindən narahat olmağa başladı.
Başlayaq Venesuelanın dərdindən. Nüft ölkəsi OPEC üzvləri və Rusiya başda olmaqla təşkilata daxil olmayan dövlətlərin görüşünün təşkili istiqamətində səylərə başlayıbib. Belə ki, Venesuela prezidenti Nikolas Maduronun bu barədə açıqlamasına görə, avqustun 4-də ölkəsinin neft sənayesi naziri Euloxio del Pino OPEC sədri Mühəmməd Barkindo ilə danışıqlar aparıb. Dövlət başçısı deyib ki, əsas məqsəd neft qiymətlərinin minimal həddini 40 dollar/bareldə sabitləşdirmək və 50-60 dollar/barelə doğru artmasına zəmin yaratmaqdır.
Xatırladaq ki, OPEC-in iyunun 2-də Vyanada keçirilən son iclasında iştirakçı ölkələr ümumi razılığa gələ bilməyib.
Rusiyanın adı keçmişkən ölkədə 25 iyul-1 avqust dövründə son 5 ildə ilk dəfə olaraq deflyasiya qeydə alınıb. İstehlak qiymətlərində bundan əvvəlki son azalma 2011-ci ilin sentyabrında baş verib. "Rosstat" hesab edir ki, əsas azalma meyvə-tərəvəz məhsullarında müşahidə olunub. Rusiya Mərkəzi Bankının rəhbəri E.Nabiullinanın "Kommersant" qəzetinə verdiyi müsahibədə avqustun sonu-sentyabrın əvvəlində deflyasiyanın mümkünlüyündən bəhs edərək bildirib ki, ərzaq məhsullarının qiymətində azalma bu il əvvəlki illərə nisbətən erkən başlayıb. Məhz bu səbəbdən mövsümi amillərə əsaslanan deflyasiyanın tarixi bir qədər əvvələ təsadüf edə bilər. Rusiya Bankının rəhbəri həmçinin 2016-cı ilin yekununda ölkədə inflyasiyanın 5-6% hədəfindən kənara çıxmayacağını xatırladıb.
Yola saldığımız həftənin daha bir mühüm hadisəsi İngiltərə Mərkəzi Bankının (BOE) 2009-cu ilin mart ayından bu yana ilk dəfə faiz endiriminə getməsi oldu. Bankın bu qərarından sonra funt sterlinq dəyərdən düşdü. Konkret olaraq funt-sterlinq 16 valyuta qarşısında dəyərini itirdi.
Qeyd edək ki, BOE faizləri rekord səviyyəyə - 0.25%-ə endirib. BOE Sədri Mark Carney və Mərkəzi Bank rəsmiləri dörd ildən bu yana ilk dəfə qiymətli kağız alışı hədəfini artırıb. 375 milyard funt-sterlinq səviyyəsində aktiv alış proqramı 60 milyard funt sterlinq (79 milyard dollar) artırılaraq 435 milyard funt-sterlinqə yüksəldilib.
Bu arada faiz qərarı “Bloomberg”in sorğusuna qatılan iqtisadçıların gözləntilərini qarşılayıb. Sorğuda iştirak edən 52 iqtisadçının ikisi istisna olmaqla hamısı faiz endirimini proqnozlaşdırıb.
Qonşu Türkiyə 15 iyul dövlət çevrilişinə cəhdin ölkənin iqtisadiyyatına vurduğu ziyanları hesablamağa başlayıb. İlkin gəlinən nəticə 300 milyard lirədir. (157 milyard manat) Türkiyənin ticarət və gömrük naziri Bülənt Tüfənkçi bu barədə deyib ki, ziyana baxmayaraq, iş dünyası əzmkarlıq nümayiş etdirib: "Millətə təşəkkür etmək lazımdır. Çevrilişə cəhd başqa ölkələrdə olsaydı, bazarlar bir həftədən tez açılmazdı. Türkiyədə cümə günü çevrilişə cəhd baş verdi, bazar ertəsi, banklar, birjalar, məhsul bazarları, ticarət mərkəzləri açıldı. Faizlər fövqəladə artmadı. Birja məhdud düşdü. Böyümə nisbətini və ya ixrac rəqəmlərini revize etməyə ehtiyac yoxdur. Millət möhkəm dayandı. Bazar ertəsi günündən etibarən 10 milyard dollar banka yatırdıldı. Bu da dolların normal məzənnədə qalmasına səbəb oldu”.
İlkin hesabalamalara əsasən çevriliş cəhdinin ölkə iqtisadiyyatına 300 milyard lirəyə başa gəldiyini vurğulayan Tüfəngçi deyib ki, döyüş təyyarələri, vertolyotlar, silahlar, bombalar 300 milyard lirə edir: “Bəlkə az deyirəm, bu rəqəm arta da bilər. Yaxın günlərdə bütün dəymiş ziyan ortaya çıxacaq. Məsələn, xaricindən sifarişlər ləğv olundu. Adamlar Türkiyəyə gələ bilmədi. Çünki çevrilişə cəhd edənlər Türkiyəni üçüncü dünya ölkəsi səviyyəsinə saldılar. Küçələrdə tankların olduğunu, məclisin bombalandığı görəndən sonra kim bura gələr? Bütün bunların xərci yaxın zamanda hesablanacaq”.
Nazir turizm şirkətlərindən anlayış göstərdiklərini deyib: “Onlar da çətin dövr keçirirlər. Amma, bu dövrdə zadəgan duruşu sərgiləyən millətə qarşı onlardan da zadəgan bir duruş sərgiləmələrini gözləyirik. Sektor çətin vəziyyətdədir. Terror hadisələri, Rusiya böhranı, çevrilişə cəhd 1 milyon rezervasiyanı ləğv edib. Amma bundan sonra turizm sektoru da özünə gələcək”.
İş dünyası
Yola saldığımız həftə iş dünyasından xəbərlər bol oldu. ABŞ-ın nəhəng neft şirkəti "Exxon Mobil"in ilin II rübündə xalis mənfəətinin 59% azaldığını, "Chevron"un isə ardıcıl olaraq 3 rüb xalis zərər gördüyünü açıqladı.Bu dövrdə "Exxon Mobil"in xalis mənfəəti 1,7 mlrd. dollara, yaxud da hər səhmə 0,41 dollara qədər azalıb. Ötən ilin müvafiq dövründə bu rəqəmlər müvafiq olaraq 4,19 mlrd. dollar və 1 dollar təşkil edib.
Şirkətin mənfəəti 7 rübdür ki, ardıcıl olaraq azalır, son olaraq belə uzunmüddətli azalma 2001-2002-ci illərdə qeydə alınıb.
"Exxon Mobil"in gəliri 22% azalaraq 74,1 mlrd. dollardan 57,69 mlrd. dollara düşüb.
Karbohidrogen hasilatı demək olar ki, dəyişməyərək, neft ekvivalenti ilə 4 mln. barel/gün təşkil edib. Neft hasilatı 1,7% artıb, təbii qaz hasilatı isə 3,6% azalıb.
Şirkətin xərcləri, eyni zamanda axtarış-kəşfiyyat üzrə xərcləri ötən ilin II rübü ilə müqayisədə 3*% azalaraq 5,2 mlrd. dollar təşkil edib.
"Exxon Mobil" aprel-iyun ayları ərzində geoloji kəşfiyyat və karbohidogenlərin hasilatından 294 mln. dollar mənfəət əldə edib ki, bu da ötən ilin müvafiq dövründən 1,7 mlrd. dollar azdır.
Şirkətin neft emalından mənfəəti 681 mln. dollar azalaraq 825 mln. dollar, neft-kimya üzrə mənfəəti 49 mln. dollar azalaraq 1,2 mlrd. dollar olub.
ABŞ-ın "Chevron" şirkətinin isə II rübdə xalis zərəri 1,47 mlrd. dollar olub. Ötən ilin müvafiq dövründə isə 571 mln. dollar həcmində xalis mənfəət qazanılıb.
Şirkətin rüblük gəliri 27% azalaraq 40,4 mlrd. dollardan 29,28 mlrd. dollara düşüb.
"Chevron"un II rübdə gündəlik neft və qaz hasilatı neft ekvivalentində ötən ilün müvafiq dövründəki 2,6 mln. bareldən 2,53 mln. barelə qədər enib.
Şirkətin geoloji kəşfiyyat və hasilat sahəsində I rübdə zərəri 2,462 mlrd. dollar olub. Emal və satış üzrə şrikətin mənfəəti 2,956 mlrd. dollardan 1,278 mlrd. dollara düşüb.
ABŞ-da korporativ iflasların sayı 2016-cı ilin ilk yarısında 2009-cu ildən etibarən ən yüksək həddə çatıb. "Report"un "Moody's" beynəlxalq reytinq agentliyinə istinadən verdiyi xəbərə görə, Amerika korporasiyaları arasında iflasların sayının artmasına əsas səbəb neft-qaz sektorunun likvid vəsaitlərə çıxışının məhdudlaşması olub. Belə ki, bu ilin ilk 6 ayı ərzində ABŞ-da 30 neft-qaz şirkəti borclarını ödəyə bilməyəcəyini açıqlayıb, bu da 2015-ci ilin yekununda qeydə alınan 26 iflas hadisəsindən çoxdur.
"Moody's"in vitse-prezidenti Con Puçalla (John Puchalla) bildirib ki, bu ilin II rübündə əmtəə bazarı şirkətlərindəki iflaslar yayılaraq digər sektorlardakı iri şirkətlərə keçib və nəticədə, iflasların sayı artıb. Agentliyin hesabatına görə, əmtəə qiymətlərindəki azalma öhdəliyi 1 mlrd. ABŞ dollarından çox olan şirkətlərin sayında artıma səbəb olub. Belə ki, ilk rübdə belə şirkətlərin sayı 3 ədəd olduğu halda, II rübdə bu rəqəm 11-ə yüksəlib. Ümumi defolt elan olunan borc öhdəliklərinin həcmi isə 123% artaraq 45 mlrd. dollara çatıb
Gəldik çıxdıq öz ölkəmizə...
Mərkəzi Bank öz mandatına uyğun olaraq ölkədə makroiqtisadi sabitliyin təmin olunmasına yönəldilmiş pul siyasəti çərçivəsində likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı və yuxarı həddlərini dəyişməz saxlamaqla uçot dərəcəsini 9.5% səviyyəsinə qaldırmaq barədə qərar qəbul etdi.
Bankdan bildirildi ki, uçot dərəcəsinin qaldırılması pul bazarında real faiz dərəcələrinin milli valyutada yığımları stimullaşdıran səviyyədə formalaşmasına təsir etmək və beləliklə də manata olan inamın artmasına şərait yaratmaq məqsədlərini daşıyır. Bu tədbir eləcə də Mərkəzi Bankın sterilizasiya əməliyyatlarının cəlbediciliyinin artırılmasına da imkan yaradacaq.
Xatırladaq ki, Azərbaycanda uçot dərəcəsinin ən yüksək həddi 15%-ə bərabər olub və bu barədə müvafiq qərarı Mərkəzi Bank 2008-ci ilin iyun ayında qəbul edib. Uçot dərəcəsinin ən aşağı həddi isə 2009-cu ilin may ayında qəbul edilən qərarla 2% olub.
"Standard & Poor’s" beynəlxalq reytinq agentliyi Azərbaycanın 2016-2019-cu illərdə bir sıra iqtisadi göstəriciləri üzrə proqnozlarını açıqladı. Məlum oldu ki, Azərbaycanın hesabat dövründə adambaşına milli gəlirinin müvafiq olaraq 3 900, 4 200, 4 600 və 4 900 ABŞ dolları təşkil edəcək. Real investisiyaların artım göstəricisinin 2016-cı ildə 4,5%, növbəti illərdə isə 5%, 4,7% və 2% olacağı ehtimal edilir.
Agentlik ixracın ÜDM-də xüsusi çəkisinin 2016-cı ildə 38,9% təşkil edəcəyini, növbəti 3 ildə isə artaraq müvafiq olaraq 39,5%, 41,6% və 42,8% olacağını proqnozlaşdırır. "S&P" Azərbaycanda işsizlik göstəricisinin 2016-cı ildə son 6 ilin maksimal həddinə çataraq 5,5%-ə yüksələcəyini, növbəti ildən isə azalmağa başlayacağını və 2017-ci ildə 5,4%, 2018-də 5,2% və 2019-cu ildə 5%-ə düşəcəyini ehtimal edir.
"S&P" ticarət balansının ÜDM-də xüsusi çəkisinin 2016-cı ildə 10,5% olacağını və növbəti illərdə müvafiq olaraq 11,4%, 13,5% və 14,7% təşkil edəcəyini gözləyir. Xatırladaq ki, 2010-cu ildə bu göstərici 36,7% təşkil edib və sonrakı illərdə tədricən azalıb.
Fiskal göstəricilərə toxunan "S&P" agentliyi, 2016-cı ildə büdcə gəlirlərinin ÜDM-də xüsusi çəkisinin 34,5%, növbəti illərdə isə müvafiq olaraq 33,5%, 31% və 29% təşkil edəcəyini, büdcə xərclərinin ÜDM-də xüsusi çəkisinin isə 2016-cı ildə 38%, növbəti illərdə isə 35%, 30,5% və 28% olacağını ehtimal edir.
Reytinq agentliyi Azərbaycanın borclarının ÜDM-də xüsusi çəkisinin 2016-cı ildə 16,7%, növbəti illərdə isə azalaraq müvafiq olaraq 17%, 16,6% və 16,3% təşkil edəcəyini proqnozlaşdırır. Agentlik 2016-cı ildə inflyasiyanın 12%, növbəti illərdə isə hər il 4% olacağını ehtimal edir.
Məndən bu qədər…
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı