Ekopublika.az
Bu yuyucu vasitələrdən istifadə etmək olmaz! - Ölümcül təsirlər...
Marketlərdə demək olar ki hər gün yeni çeşiddə qab şampunları, paltar tozları, hamam və ayaqyolu üçün antisanitariya vasitələri satışa çıxarılır. Biz də evlərimizi "parıldatmaq" üçün xəsislik etmədən onlarla manat xərcləyib bu məhsulları alırıq. Lakin XX əsrin ortalarında bazarlara məlum olan yuyucu vasitələrin insanlara, canlılara ziyanları illərdir müzakirə mövzusudur. Xüsusilə dünyada ilk dəfə sintetik yuyucu vasitənin 1943-cü ildə istehsal olunduğunu, xərçəng diaqnozunun isə bundan altı il sonra 1949-cu ildə qoyulduğunu nəzərə alsaq, bəzi tənqidçilər haqsız deyillər.
Oxucularımıza bu işdə Publika.az-ın "Ayırtman" layihəsi yardımçı olacaq.
Yuyucu vasitələrin tərkibi
1970-ci illərin əvvəlindən sənayeləşmiş bütün ölkələrdə sintetik yuyucu vasitələrin istifadəsi geniş yayılmağa başlandı. Yuyucu vasitələr parça, metal, şüşə, keramik və sair səthlərdən çirklənmə və ləkələrin təmizlənməsi üçün istifadə edilən çoxkomponentli birləşmələrdir. Bu vasitələr yüksək effektivliyə malik olub istehsalı təsərrüfat sabunu ilə müqayisədə daha ucuz xammala əsaslanır. Sintetik yuyucu vasitələr geniş çeşidliliyə malikdir və istehlakçılara müxtəlif məmulatların xüsusiyyətlərinə uyğun yuyucu vasitə əldə etməyə imkan verir. Onlar suda yaxşı həll olur, suyun öncədən yumşaldılmasını tələb etmir, istənilən codluğa malik suda çirklənmələri asanlıqla aradan qaldırır, 20-30° С-də belə yuyucu təsir göstərir.
Yuyucu vasitələrin tərkibi
Sintetik yuyucu vasitələrin tərkibinə daxil olan əsas komponentlər səthi aktiv maddələr, antiresorbent, fosfatlar, qələvi duzlar, kimyəvi və optik ağardıcılar, bioəlavələr, antistatik və ətirvericilərdir.
Normativ-texniki sənədlərin tələblərinə əsasən, yuyucu vasitələrdə hidrogen ionlarının konsentrasiya səviyyəsi 7.5-11.5, fosfor duzlarının ümumi payı isə 22%-dən çox olmamalıdır. Bu vasitələrin yuyuculuq göstəricisinin 85%, ağardıcılığı 80%-dən aşağı olmasına yol verilmir.
Sağlamlığa təsirləri
Nəzərə almaq lazımdır ki, bu maddələr heç də sağlamlıq üçün tam təhlükəsiz deyillər. Yuyucu vasitələrin ilk təsiri alergik səpkilərdir. Bu vasitələr tənəffüs yolu ilə 26 saniyədə insan orqanizminin bütün orqanlarına daxil olur. Ev təmizləyən zaman istifadə olunan yuyucu vasitələr isə mikroblara nə qədər zərər verirsə, qaraciyər, ağciyər və beyinə eyni şəkildə təsir edir.
O ki qaldı, paltarlara və qablara, əvvəlcə paltarlardan başlayaq. Paltarlar yuyulduqdan sonra yaxşı durulanmadıqda parçaya hopan yuyucu tozlar dəriyə, sonra da daxili orqanlara sorulur. Heyvanlar üzərində aparılan təcrübə göstərib ki, tozlar bədəndəki turşu reaksiyalarının intensivliyinə, fermentlərə təsir göstərir, zülal və piy mübadiləsini pozur. Toz və maye halında olan yuyucu vasitələrdə çox vaxt adı çəkilməyən aktiv maddələr də var ki, onlar immuniteti zəiflədir, allergiya yaradır, beyinə, qaraciyərə, böyrəklərə və ağciyərlərə mənfi təsir göstərir.
Qablar isə yaxşı durulanmadıqda insan orqanizmi gündə 75 mq yuyucu vasitə qəbul edir. Uşaqlarda bu rəqəm 250 mq-dır. Onu da bildirək ki, bu istiqamətdə heyanlar üzərində aparılan təcrübə göstərib ki,35 mq yuyucu vasitənin qəbulu hansısa orqanda ciddi fəsadlara gətirib çıxarır.
Araşdırmalara görə, ən təhlükəli təmizləyici vasitələr ərp açıcılar, qaz və tualet təmizləyiciləridir. O da bildirir ki, təmizləyicilərin pis qoxusunu yumşaltmaq üçün qatılan ətirlər onları daha da ziyanlı edir.
Hansı yuyucu vasitələri almaq olar?
Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən Publika.az-a bildirildi ki, yuyucu vasitələrin tərkibinə daxil olan fosfatlar toksik və çətin yuyulan maddələrdir. O baxımdan istehlakçılara sintetik yuyucu vasitə alarkən, tərkibində fosfatların miqdarı 5%-dən artıq olmayan vasitələrə üstünlük vermələri tövsiyə olunur: "Fosfatların xüsusi çəkisi məhsulun etiketi üzərində göstərilir. Etiketdə həmçinin məhsulun adı, təyinatı, istehsalçı müəssisənin adı və ünvanı, təhlükəsiz saxlama, daşınma və istifadə qaydaları, əsas istehlak xassələri, məcburi sertifikatlaşdırılma haqqında məlumat, malın xalis çəkisi, həcmi və ya miqdarı, tərkibi, istehsal tarixi və yararlılıq müddəti, müvafiq normativ texniki sənədin nömrəsi, dövlət standartlarına uyğunluğunu təsdiq edən işarə və normativ-texniki sənədlərdə nəzərdə tutulmuş digər məlumatlar qeyd olunmalıdır.
Yuyucu vasitələri almaq etiket üzərindəki mətn diqqətlə öyrənilməli, təhlükəsiz istifadə şərtləri, saxlama şərtləri və saxlama müddəti ilə bağlı tələblərə ciddi əməl olunmalıdır. Yuyucu vasitələrin etiketi üzərindəki mətn aydın və silinməyən hərflərlə yazılmalı, kimyəvi maddənin təsirinə davamlı olmalı, malın istifadə müddəti ərzində silinməməli, qablaşdırması hermetik olmalıdır. Bunlar istehlakçıya saxta malı orijinal yuyucu vasitədən ayırd etməyə imkan verən mühüm cəhətlərdir".
Yuyucu vasitələr alarkən istehlakçıların diqqət etmələri gərəkən digər bir məqam yuyucu vasitənin qoxusudur: "İstehlakçılar unutmamalıdırlar ki, sintetik yuyucu vasitələr pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısına daxildirlər. Bu səbəbdən, istehlakçılar bu məmulatları alarkən diqqətli olmalı, uyğun olmayan vasitəni seçərsə malın dəyişdirilməyəcəyini bilməlidirlər. Əksər hallarda saxta məhsul istehsalçıları məhsulun pis qoxusunu, tərkibindəki xloru və digər maddələri gizlətmək üçün güclü ətirverici maddələrdən istifadə edirlər. Bu isə ciddi allergik reaksiyalara səbəb ola bilər. Bu səbəbdən istehlakçılara ətirverici maddələrdən az istifadə olunmuş və neytral qoxulu yuyucu vasitələrdən istifadə etmələri tövsiyə edilir. Yuyucu vasitələrin qeyd olunan mənfi təsirlərindən qorunmaq üçün istehlakçıların əlcəkdən istifadə etmələri məsləhətdir. Toz şəklində sintetik yuyucu əldə edərkən onun strukturunun dənəvər olmasına üstünlük verilməlidir. Belə ki, xırda toz şəklində olan yuyucu vasitələr nəfəs yollarına mənfi təsir göstərə bilər".
Yuyucu vasitələri nə qədər saxlamaq olar?
Sintetik yuyucu vasitələr uzun müddət saxlanıla bilər. Belə ki, tərkibində peroksid duzları olan yuyucu vasitələr 6-9 ay, kimyəvi ağardıcılar və ya bioəlavələr olan sintetik yuyucu vasitələr azı 9 ay saxlama müddətinə malikdirlər. Digər növ sintetik yuyucu vasitələrin saxlama müddətləri normativ sənədlərlə məhdudlaşdırılmır.
İqtisadiyyat şöbəsi
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO