Ekopublika.az
Vergilər Nazirliyi 238 min 666 müraciəti cavablandırıb
2013-cü ildə Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi tərəfindən 238 min 666 müraciət cavablandırılıb, vergi ödəyicilərinə 584 min 387 mesaj göndərilib.
Nazirliyin analitik-informasiya şöbəsindən bildiriblər ki, Çağrı Mərkəzinə daxil olmuş müraciətlərin 174 min 90-ı canlı rejimdə müfəttiş-operatorlar, 64 min 576-sı səsli menyu vasitəsilə elektron operator tərəfindən cavablandırılıb. Müfəttiş-operatorlar tərəfindən cavablandırılmış sorğular arasında elektron xidmətlər (26,6 faiz), vergi növləri (12,2 faiz), qeydiyyat (11,2 faiz) hesabatlar və onların doldurulma qaydaları (7,9 faiz), səsli menyu vasitəsilə qəbul edilmiş müraciətlər arasında isə vergi növləri (44,7 faiz) və dövlət büdcəsinə olan vergi borcları (29,4 faiz) barədə məsələlər üstünlük təşkil edib.
Hesabat dövrü ərzində cavablandırılmış müraciətlərin sayı 2012-ci ilə nisbətən 25,3 faiz artıb. Ötən dövr ərzində vətəndaşlardan şikayət (ərizə) və məlumat xarakterli 1507 müraciət qəbul edilərək aidiyyəti üzrə göndərilib.
Müraciətlərin 72,7 faizi Bakı şəhərindən, 13,8 faizi ölkənin müxtəlif bölgələrindən, qalanı isə mobil operatorlardan daxil olub.
2013-cü ildə Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az) 3 milyon 456 min 151 dəfə müraciət edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 13,7 faiz çoxdur. İnternet səhifəsinin “Sual-cavab” bölməsinə 2 min 236 sorğu daxil olmuş və onların 96,6 faizi qısa müddət (1-5 gün) ərzində cavablandırılıb.
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO
-
Dünya08:10
Zelenski onu vəzifəsindən azad etdi
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...