Ekopublika.az
Bakcell abunəçiləri üçün fürsət: 1 MB internet = 1 qəpik
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 1 MB = 1 qəpik kampaniyasının aktiv olduğu ölkələrin siyahısını genişləndirməyə davam edir.
Belə ki, İranın aparıcı telekommunikasiya şirkəti olan MCI ilə aparılan danışıqlar nəticəsində Bakcell abunəçiləri üçün 1 MB internet = 1 qəpik təklifi qüvvəyə minib. Artıq İranda səfərdə olan hər bir Bakcell abunəçisi MCI mobil operatorunun şəbəkəsinə qoşulduqda hər MB üçün cəmi 1 qəpik ödəyərək yüksək sürətli mobil internetdən istifadə edə bilər. Bu təklifdən yararlanmaq üçün abunəçilər sadəcə *125#1000#YES yığaraq rouminq internet paketini aktivləşdirməlidirlər.
Bakcell abunəçiləri bu təklifdən dünyanın 21 ölkəsində yararlana bilirlər. Həmin ölkələrin siyahısına ABŞ, Almaniya, Böyük Britaniya, Niderland, İspaniya, İtaliya, Macarıstan, Çexiya Respublikası, Rusiya, Türkiyə, İran, BƏƏ və digər ölkələr daxildir. Tam siyahıya bu keçiddən istifadə edərək baxmaq olar: http://www.bakcell.com/az/1000mb-in-roaming-cedvel
Bakcell getdikcə daha çox ölkədə abunəçilərinə ən sərfəli qiymətlə yüksək sürətli internet xidməti təklif etmək üçün rouminq tərəfdaşları ilə danışıqlar aparmaqda davam edir. Bu danışıqlar əsasən dünyanın lider telekommunikasiya şirkətləri olan Vodafone, Megafon, AirTel, Etisalat ilə aparılır.
Səfərdə olan Bakcell abunəçiləri “Bakcell Roaming” mobil tətbiqindən istifadə etməklə bütün tərəfdaş rouminq ölkələrində və operatorlarında zəng, SMS və internet qiymətləri və rouminq xidməti üzrə cari kampaniyalar haqqında bütün məlumatları əldə edə, eyni zamanda, Bakcell-lə onlayn əlaqə yaradaraq dəstək ala bilərlər. Bundan əlavə, abunəçilər bu tətbiq vasitəsilə öz nömrələrinin balansını asanlıqla artıra bilirlər. “Bakcell Roaming” mobil tətbiqi haqqında daha ətraflı məlumat üçün bu keçiddən istifadə edin: http://www.bakcell.com/az/bakcell-rouminq-app
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO