Ekopublika.az
Bu il 18 nəfər ipoteka krediti alıb - ŞƏRH
Xəbər verdiyimiz kimi hazırda İpoteka Fonduna müvəkkil olan bankların heç birində ipoteka kreditləri aktiv deyil. Bu ilin birinci yarımilində 11 milyon manat güzəştli ipoteka krediti verilib. Cari ilin üç ayında 6 milyon manat, növbəti üç ayda isə 5 milyon manat güzəştli ipoteka krediti təqdim edilib.
2007-2016-cı illər arası güzəştli şətlərlə verilmiş ipoteka kreditlərinin həcmi 193 milyon manata çatıb. 2006-2016-cı illlərdə verilmiş adi ipoteka kreditlərinin həcmi isə 506 milyon manat təşkil edib. Cari ilin 6 ayında 7 milyon manat adi ipoteka krediti ayrılıb. On il ərzində (2006-2016-cı illərdə) 17,997 ipoteka krediti verilib. Bunun 4 921-i güzəştli olub.
İpoteka kreditlərinin dayandırılmasına münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, 2016-ci ilin ilk yarısında cəmi 22 adi ipoteka krediti verilib. Birinci rübdə 18 vətəndaşımız kredit ala bilsə də, ikinci rübdə cəmi 4 nəfər ev problemini bu yolla həll edib. Sosial ipoteka kreditlərindən faydalananlar isə ilk 6 ayda 236 mənzil ala biliblər:
“Göründüyü kimi, dövlət büdcəsindən maliyyələşən sosial ipoteka kreditlərinin verilməsi nisbətən qrafik üzrə getsə də, adi ipoteka kreditlərin verilməsi tormuzlanıb. Adi ipoteka kreditləri üçün əsas maliyyə mənbəyi kimi çıxış edən istiqrazların yerləşdirilməsi isə fond tərəfindən ötən ilin dekabrında baş verib. İstiqrazlar yerləşdirilmədiyi üçün adi ipoteka kreditlərinin verilməsi üçün fond pul tapa bilməyib. Fondun əsasnaməsinin təsdiq edilməməsi də onun fəaliyyətinin genişləndirilməsinə imkan vermir. İpoteka kreditləşməsinin sosial əhəmiyyətini nəzərə alaraq təbii ki, adi ipoteka kreditlərinin verilməsinin bərpa edilməsi çox vacibdir. Təəssüf ki, ilin bitməsinə 5 aydan az vaxtın qalmasına baxmayaraq, hələlik kreditləşmə bərpa edilməyib. Bu arada İpoteka Fondunun hesabatından bəlli olur ki, fondun ən çox güvəndiyi bank, bu yaxınlarda müflis elan edilən “Zaminbank” olub. İndiyədək fondun dəstəyi ilə 1631 ipoteka krediti maliyyələşdirən “Zaminbank” bank sektorunda artıq olmasa belə və nə qədər qəribə olsa da ipoteka kreditləşməsində liderdir”.
İqtisadçı deyir ki, 2006-cı ildə bəri maliyyələşdirilmiş 17 997 ipoteka kreditinin 13 204-u Bakının payına düşüb: "Xanlar, Oğuz, Balakən, Sabirabad, Ucar, Ağcabədi, Salyan və Şərur rayonları isə 10 ildə cəmi 1 dəfə ipoteka krediti ala biliblər. Bu isə ipoteka kreditləri paylaşdırılan zaman regional balansın gözlənilmədiyindən xəbər verir. Hətta rəsmi rəqəmlər də göstərir ki, fond qısa zamanda adi ipoteka kreditlərinin bərpa edilməsi üçün yeni maliyyə mənbələri axtarmalıdır”.
İqtisadiyyat şöbəsi
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı