Ekopublika.az
Azərbaycanın aqrar sektoruna xaricdən maraq artır
Müxtəlif ölkələrdən olan sahibkarlar Azərbaycanın aqrar sektoruna getdikcə daha böyük maraq göstərirlər.
Publika.az-ın “Trend”-ə istinadən məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bu gün Bakıda "WorldFood Azerbaijan" və "Agrihort Azerbaijan" beynəlxalq kənd təsərrüfatı və qida sənayesi sərgilərinin açılışında bildirib.
Nazir deyib ki, bu il sərgidə dünyanın 36 ölkəsindən 240-dan artıq şirkətin iştirakı artan marağın göstəricisidir.
Onun sözlərinə görə, dövlət başçısının kənd təsərrüfatının inkişafına yönəlmiş bir sıra mühüm sərəncamları mövcud uğurlara gətirib çıxarıb: "Həmin sərəncamlar aqrar-sənaye kompleksində müasir texnologiyaların tətbiqinə kömək edib. Nəticədə son beş ay ərzində Azərbaycan bir sıra kənd təsərürfatı məhsulları ilə özünün tam təmin olunmasına nail olub".
H.Əsədov bildirib ki, bundan əlavə, belə tədbirlərin keçirilməsi Azərbaycan bazarını potensial alıcılara təqdim etməyə imkan verir: "Əcnəbi qonaqlar Azərbaycanda bu sahənin vəziyyəti, investisiya mühiti və istehsal olunan məhsullarla tanış ola bilərlər".
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ