Ekopublika.az
Ticarət subyektlərində istehlakçılara 10,1 milyard manatlıq mal satılıb
2014-cü ilin birinci yarısında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 10,1 milyard manatlıq mal satılıb.
Publika.az xəbər verir ki, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz çox əmtəə satışı həyata keçirilib. İstehlak mallarının 5,1 milyard manatını qida məhsulları, içkilər və tütün məmulatları, 5,0 milyard manatını qeyri-ərzaq malları təşkil edib. Qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 3,5 faiz bəndi artıb.
Cari ilin altı ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-iyun aylarına nisbətən 15,8 faiz artaraq 1,3 milyon manat olub. Əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarının 78,7 faizini hüquqi, 21,3 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 90,6 faizini qeyri-ərzaq malları təşkil edib.
Satış məqsədi ilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində əsas paya 48%-lə “boş yer” təyinatlı sahələr malikdir (bu tip obyektlər o obyektlərdir ki, hansılar ki, təyinatı dəqiq deyil, və onlar ofis, mağaza və ya xidmət təyinatı altında istifadə oluna bilərlər). Xidmət və mağaza təyinatlı yerlər isə bazarda müvafiq olaraq 21% və 10% paya sahibdirlər. Satışda olan ofis təyinatlı yerlərin sayı ümumi payın 9%-nə, qalan seqmentlər isə (zirzəmi, anbar, qaraj, sənaye və s.) bazarda payın 12%-nə malikdirlər.
İqtisadiyyat şöbəsi
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO
-
Dünya08:10
Zelenski onu vəzifəsindən azad etdi
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq