Ekopublika.az
BTC ilə neftin nəqli nə qədər azalıb?
Bu ilin yanvar-iyununda Azərbaycan neftinin Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə daşınması və Ceyhan terminalında yüklənməsində azalma müşahidə edilib.
Publika.Az Dövlət Neft Şirkətinə istinadən bildirir ki, 2014-cü ilin I yarısında BTC boru kəməri ilə 14 mln. 543,14 min ton Azərbaycan nefti nəql edilib. Bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 4,2% azdır.
2014-cü ilin iyun ayında BTC boru kəməri ilə 2 mln. 343,834 min ton neft nəql olunub. 2013-cü ilin iyununda bu göstərici 2 mln. 544 min 149 ton idi.
ARDNŞ-dan bildirilir ki, ümumilikdə, BTC kəməri istismara verildiyi vaxtdan (28 may 2006-cı il) cari ilin iyul ayının 1-nə qədər) onunla 249 mln. 684,733 min ton neft nəql olunub.
Cari ilin iyununda Ceyhan neft terminalından bazarlara 2 mln. 579,385 min ton Azərbaycan nefti yüklənib. 2013-cü ilin iyununda isə bu göstərici 2 mln. 572,744 ton olmuşdu. Yanvar-iyun aylarında terminaldan 14 mln. 282,527 min ton neft nəql edilib (2013-cü ilin birinci yarısı ilə müqayisədə azalma 4,8%). Ümumilikdə Ceyhandan yükləmələr başlayan vaxtdan (4 iyun 2006-cı il) 247 mln. 426,441 min ton Azərbaycan nefti bazarlara yola salınıb.
Xatırladaq ki, BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.
Layihənin iştirakçıları BP (30.1%); SOCAR (25%); “Chevron” (8.9%); “Statoil” (8.71%); TPAO (6.53%); ENI (5%); “Itochu” (3.4%); “ConocoPhillips” (2.5%); INPEX (2.5%); “Total” (5%) və “ONGC” (2.36%) “ şirkətləridir.
İqtisadiyyat şöbəsi
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO