Ekopublika.az
Azərbaycanın enerji operatorları gücləndirilmiş iş rejiminə keçirlər
Azərbaycanın enerji operatorları oktyabrın 4-dən 7-dək müqəddəs Qurban bayramı günlərində gücləndirilmiş iş rejiminə keçəcəklər.
"Azərenerji" ASC-dən Trend-ə verilən məlumata görə, bayram günlərində ASC keyfiyyətli elektrik enerjisinin istehsalı və onun istehlakçılara fasiləsiz çatdırılmasından ötrü gücləndirilmiş rejimdə çalışacaq: "Bu, həm elektrik stansiyalarına, həm də elektrikötürücü xətlərə aiddir".
"Bakıelektrikşəbəkə" ASC-dən isə Trend-ə bildiriblər ki, paytaxt istehlakçılarının elektrik enerjisinin verilişində problem hiss etməmələri üçün ASC bayram günlərində növbəli təşkil olunacaq gücləndirilmiş iş rejiminə keçəcək: "Bütün heyət bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Bundan əlavə, əlavə texnika cəlb ediləcək".
İstehlakçıların həm fərdi qaydada, həm də bayram gəzintilərinin keçirildiyi yerlərdə keyfiyyətli elektrik enerjisi ilə fasiləsiz təmin olunması üçün Bakıda enerji operatorunun operativ qrupu çalışacaq. Elektrik enerjisinin verilişində problem yaranacağı halda istehlakçılar 199 nömrəli telefonla "qaynar xəttə" müraciət edə bilərlər.
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO