Yaxın Şərq Vaşinqtonun Rusiyaya qarşı “neft sanksiyalarını” dəstəkləyəcəkmi? - Təhlil
Bizi izləyin

Ekopublika.az

Yaxın Şərq Vaşinqtonun Rusiyaya qarşı “neft sanksiyalarını” dəstəkləyəcəkmi? - Təhlil

Xam neftin 1 barelinin dünya bazar qiyməti yenidən 82 dollara düşdü.

Rusiyanın gözləntilərindən fərqli olaraq, Səduyyə Ərəbistanı nəinki neft hasılatını azaldır, hətta neft ixracında qiymət endirimləri də tətbiq edir. Belə ki, sözügedən ölkəni təmsil edən “Saudi Aramco” Asiyaya ixrac etdiyi neftin qiymətində hər barelinə 1 dollar, Birləşmiş Ştatlara göndərdiyi neftə isə analoji olaraq 40 sent güzəşt tətbiq edib. Başqa tərəfdən, bir müddət öncə 2015-cü il üçün proqnozlarına düzəliş edərək neftin hər barelini 10 dollar aşağı salan “Vest Texas İntermediate” yenidən qara qızılın proqnoz qiymətinə baxmaq niyyətindədir. Benzinin qiyməti isə ABŞ-da 2010-cu ildən sonra ən aşağı səviyyəyə düşüb. 1 qalonu 3.25 dollara təklif edilən ABŞ-da benzinin 1 litrinin qiyməti 80 sentədək azalıb. Bütün bunlar son zamanlar Səudiyyənin Rusiyaya qarşı Amerikanın planına dəstək verməsinə dair fikirlərə səbəb olub. Söhbət neftin qiymətini aşağı salmaqla Rusiyanı iqtisadi baxımdan çökdürməkdən gedir.

Strateji məhsullarının ixracatında ağıldan daha çox fyuçə müqavilələrinin şərtləri rol oynayır

Məsələyə münasibət bildirən iqtisadçı-alim Vüqar Bayramov Publika.az-a açıqlamasında qeyd etdi ki, Rusiya dünyada ən iri neft istehsalçısı statusunu saxlasa da, bazardakı son dəyişikliklər şimal qonşumuzun mövqelərinin zəiflədiyindən xəbər verir: “Belə ki, gündəlik hasilat Rusiyada 10.9, Sədiyyə Ərəbistanında 9.8, ABŞ-da isə 8.5 milyon bareldir. Bununla yanaşı, Birləşmiş Ştatlar mavi qaz istehsalından gündəlik olaraq 3 milyon barel likvid neft əldə edir. Gündəlik neft idxalını 2007-ci il ilə müqayisədə 8.7 milyon barel azaltmağı bacaran ABŞ artıq hər gün dünya bazarına 400 min barel neft göndərir. Bununla yanaşı, artıq Qərbin müttəfiqinə çevrilmiş Liviyanın gündəlik neft hasilatı 240 mindən 800 min barelədək yüksəlib. Bütün bunlar təbii ki, dünya neft bazarının ən sadə görünən tərəfləridir. Aydındır ki, şimal qonşumuza tətbiq edilən sanksiyalar fonunda ABŞ Rusiyanın əsas gəlir mənbəyini ciddi şəkildə məhdudlaşdırmağa çalışır. Rusiya üçün neftin dünya bazar qiyməti çox önəmlidir. İxracın 68 faizi neft, neft məhsulları və mavi qaz olan Rusiyada qara qızılın qiyməti hasilatın aparıldığı Sibirdən daha çox Kreml üçün əhəmiyyətlidir. Rusiyanın xaricə göndərdiyi hər 100 dollarlıq məhsulun 54 dolları xam neftdir. Amma neftin dünya bazar qiymətinin formalaşmasında tələb aparıcı olsa da, Moskvanın zəifləməsi Vaşinqtondan daha çox Ər-Riyaddan aslıdır. Məsələ ondadır ki, dünya bazarında neftin qiymətinin aşağı salınması üçün “qiymət döşəməsi” var. Bu isə hasil edilən neftin maya dəyəri və ya xərcidir. Aydındır ki, ağıllı istehsalçı neftin onun xərcindən aşağı qiymətə satıb ziyan əldə etməkdə maraqlı olmayacaq. Amma məsələnin digər tərəfi ondadır ki, strateji məhsulların ixracatında ağıldan daha çox fyuçə müqavilələrinin şərtləri və hasilatın fasiləsizliyi rol oynayır. Bu müqavilələr və anlaşmalar hasilatçı ölkələri öz məhsullarını hətta maya dəyərindən daha aşağı qiymətə satmağa məcbur edə bilər. Hasilatı dayandırmaq və sonradan bərpa etməyin xərclərini hesablamaq isə çox da asan deyil”.

Ərəb şeyxləri üçün Vaşinqtonun oyun qaydalarına əməl etmək iqtisadi əhəmiyyət daşıyır

İqtisadçı deyir ki, xam neftin xərc strukturu birmənalı şəkildə Yaxın Şərqi önə çıxarır: “Ərəblərin istehsal etdiyi 1 barel on-şor neftin maya dəyəri 27 dollardır. Of-şor zonda neft hasilatı bu düşərgədə 1 barelinə 41 dollar xərclənir. Sanksiyaların silkələdiyi Rusiyada isə on-şor zonada neft hasilatının hər barelinə 51 dollar xərclənir, dərin su altinda isə hasilat xərci 56 dollaradək yüksəlir. Amerikada isə şeyldə neft hasilatının hər bareli 65, artik neft hasilatı isə 75 dollar tələb edir. Deməli, mənzərə sadədir. Dünya bazarında neftin hər barelinin qiyməti 75 dollardan aşağı düşərsə, yeganə “ziyanla işləyən dövlət” ABŞ olacaq. Amma burada ziyan çox nisbidir. Belə ki, ABŞ nefti əsasən daxili istehlak və ehtiyat üçün istehsal edir. Gündəlik cəmi 400 min barel neft ixrac edən Vaşinqton üçün neftin dünya bazar qiymətinin yüksək olması çox da cəlbedici görünmür.

Başqa tərəfdən, ABŞ hasilatından daha çox idxal edilir. Deməli, yerli istehsaldakı ziyan idxaldakı qəanət hesabına kompensasiya edilə bilir. Aylıq 300 milyon barelə yaxın neft idxal edən ABŞ qara qızılı əsasən Kanada və Səduiyyə Ərəbistanından gətirir: ümumi idaxlda şimal qonşunun payı 18.6, Səduiyyə Ərəbistanın payı isə 12.4 faizdir. ABŞ tələbatını eyni zamanda cənub qonşuları Veneseula və Meksika ixracı hesabına ödəməyə çalışır: müvafiq olaraq bu ölkələr ABŞ neft idxalının 11.1 və 10.4 faizini təşkil edilər. Deməli, qara qızılın qiymətinin aşağı düşməsi gündəlik 11 milyon bareldən çox neft hasil edən ABŞ-a ciddi təsir göstərmir, əksinə, okeanın o tayında ucuz idxaldan faydalana bilirlər. Təbii ki, burada ABŞ həm iqtisadi, həm də siyasi baxımdan kompensasiya etməli olduğu ölkə yalnız Kanadadır. Vaşinqton-Ottova münasibətlərində isə belə gedişlər ciddi müzakirə edilmir və Şimali Amerikada insanlar nadir hallarda mübahisə edirlər.

Bu isə o deməkdir ki, diqqətlər yenidən Ər-Riyada yönəlib. Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı üçün neftin 1 barelinin 55 dollaradək azalması bu ölkənin mənfəət əldə etməsinə maneə olmur. Təbii ki, neftin hər barelindəki azalma ərəblər üçün daha az “yaşıl kağız” deməkdir. Amma artıq ən müasir mühasibat proqramlarının belə çətinliklə hesabladığı ərəb sərvəti üçün dövrü gəlirin azalması ciddi məsələ deyil. Digər tərəfdən, ABŞ-da 2 trilyondan artıq investitsiyası olan ərəb şeyxləri üçün Vaşinqtonun oyun qaydalarına əməl etmək nəinki siyası, həm də iqtisadi əhəmiyyət daşıyır. Eyni zamanda, daha çox isti havaya öyrəşmiş Ər-Riyad sakinləri sərin bahar havasını da yaşamaq istəmirlər. Qorxulu bahar havasını adətən Vaşinqtonda sifariş verirlər. Deməli, Vaşinqtonun Ər-Riyada təsir riçaqları kifayət qədər çox olmaqla yanaşı, ABŞ dünya neft bazarında qaydaları müəyyənləşdirmək üçün privlicə malikdir. Vaşinqtonun bu kontekstdə ərəblər ilə razılağa gələ bilməsi isə Kreml üçün qaranlıq və uzun qış vəd edə bilər”.

Vaşinqton-Moskva münasibətlərində gərginlik davam edərsə, qiymət 55 dollaradək azaldılacaq

V.Bayramov deyir ki, Vaşinqton-Moskva münasibətlərində gərginlik davam edərsə, ABŞ neftin dünya bazar qiymətinin hər barel üçün 60 və hətta 55 dollaradək azaldılmasına nail ola bilər: “Bu nə ABŞ, nə də Vaşinqtonun tərəfdaşları üçün ciddi itkilər formalaşdırır. Eyni zamanda, neftin dünya bazar qiymətinin uzun müddət deyil, hətta 6 ay sözügedən – aşağı səviyyədə saxlanması Rusiya iqtisadiyyatının ciddi silkələnməsi deməkdir. Vaşinqtonda onu da bilirlər ki, neftin qiymətinin azalmasından bəhrələnən “Pekin Uşaqları” hələ uzun müddət mövcud qlobal oyun qaydalarını pozmayacaqlar. Biznesin, xüsusən də ixracatın artıq siyasəti diktə etdiyi bu ölkədə heç kimi başını ağrıtmaq istəmir. Neftin qiymətinin sözügedən həddə qədər azalması və ya azaldılması Yaxın Şərq ölkələrinə və eləcə də Səudiyyə Ərəbistanına nəinki itki formalaşdırır, hətta nəqliyyat xərcləri də daxil olmaqla, onlara mənfəət qazanmağa davam etdirməyə imkan verir, əksinə, bu, Kremli ciddi şəkildə silkələyir. Bu halda Rusiya istehsal etdiyi nefti maya dəyərindən daha ucuz qiymətə satmış olur ki, bu da neft sektorunda başlanan böhranla maliyyə və real sektorda ciddi çaxnaşmalara gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, uzun müddət uğursuz şəkildə sosializmi qurmağa çalışan Rusiya üçün neftin 1 barelinin qiymətinin 60 dollardan aşağı düşməsi artıq “qırmızı xəttin” keçilməsi deməkdir. Rusiyanın dövlət rezevləri isə bu ölkəni uzun müddət qorumaq imkanına malik deyil. Ümumiyyətlə, əhali və coğrafi baxımdan belə böyük ölkələr üçün rezerv anlayışı əksər hallarda nisbi xarakter daşıyır. Deməli, Moskvanın taleyini Vaşinqtondan daha çox Ər-Riyada da həll edilir. Qərarın isə, deyəsən, Moskva elitası üçün heç də çox ürəkaçan olmadığı görünür. Beləliklə, Ukrayna müharibəsindən sonra “sonu görünməyən yolda qaydasız avtomobil idarə etməyə” çalışan Moskva avtomobilinin benzinsiz qalacağından çox ehtiyatlanır. Rusların evində işıq da olmaya bilər: xüsusən də qarşıdan gələn uzun və qaranlıq qış mövsümündə”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm