Ekopublika.az
Ekspertdən ipoteka ilə bağlı təklif
Azərbaycan vətəndaşının ən çox əziyyət çəkdiyi məsələlərdən biri də mənzil təminatıdır.
İqtisadçı-ekspert Samir Əliyev Publika.az-a açıqlamasında yüz minlərlə insanın faktiki evsiz qaldığını bildirdi: “Müşahidələrə görə, kirayədə yaşayan vətəndaşlar hər ay gəlirlərinin 30-70%-ni kirayəyə yönəltmək məcburiyyətində qalırlar. Elə ailələr var ki, qazancları kirayə haqlarını ödəməyə belə çatmır. Hər il 80 minə qədər yeni ailə qurulur ki, bunların ən azı yarısının evə ehtiyacı olur. Bu isə təxminən 30-40 min evsiz deməkdir.
Dövlətin ipoteka proqramı isə bu tələbatın 8-10%-ni ödəyə bilir. Ölkədə evsizlər ordusunun sayı getdikcə artır. İpoteka şərtlərinin ağırlığı bu proqramdan məhdud sayda vətəndaşın yararlanmasına imkan verir. İpoteka kreditləşməsində əsas problem ilkin ödənişin olmasıdır. Adi ipotekada ilkin ödənişin həcmi 20%, güzəştli ipotekada isə 15%-dir. Bu vəsait xeyli insanı proqramdan kənarda qoyur. Buna görə də hökumət əhalinin mənzil təminatının yaxşılaşdırılması üçün mövcud mexanizmləri təkmilləşdirməklə yanaşı, dünyada tətbiq edilən yeni mexanizmləri də işə salmalıdır”.
Ekspert yeni mexanizmlər kimi bunu təklif edir: “İpoteka kreditləşməsində ilkin ödənişin aradan qaldırılması üçün İpoteka Kreditlərinin Zəmanət Fondu təsis edilsin. Belə Fondun yaradılması ilə bağlı ölkə prezidentinin 2007-ci il tarixli Fərmanı var. “Tikinti əmanət bankları haqqında” Qanunun qəbulu. Qanun ölkədə alman modeli olan tikinti-əmanət banklarının yaradılmasını təmin edir. Əhalinin mənzil təminatını yaxşılaşdırmaq və onların ucuz evlərə çıxışını asanlaşdırmaq üçün “Hamı üçün ev” xüsusi dövlət proqramının (2016-2020-ci illər) qəbulu. Mövcud mənzil qanunvericiliyi sosial evlərin tikintisini nəzərdə tutsa da, təcrübədə həllini tapmır. Amma buna bələdiyyələrin maliyyə vəziyyəti imkan verir. Deməli, ümid dövlətə qalıb. Bunun üçün dövlət büdcəsində vəsait ayrılmaqla bu problemi həll etmək olar”.
İqtisadiyyat şöbəsi
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu