Türkiyə-Azərbaycan biznes forumu keçirildi - VİDEO/YENİLƏNDİ
Bizi izləyin

Ekopublika.az

Türkiyə-Azərbaycan biznes forumu keçirildi - VİDEO/YENİLƏNDİ

Mayın 8-də Ankara şəhərində Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib.

Publika.az xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Biznes Forumun açılışında iştirak ediblər.

Ə.Əsədov və C.Yılmaz açılış mərasimində çıxış ediblər.

Tədbirdə Azərbaycanda və Türkiyədə mövcud olan biznes və investisiya mühiti barədə məlumat verilib, iki ölkənin hökumətlərinin bundan sonra da biznes dairələri arasında dialoqun təşviqinə dəstək vermək əzmində olduqları bildirilib.

Biznes Forum çərçivəsində Azərbaycan və Türkiyənin iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

***

Türkiyə-Azərbaycan biznes forumu başlayıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, forumun açılış mərasimi Türkiyə Palatalar və Birjalar Birliyində baş tutub.

Tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz iştirak edir.

Qeyd edək ki, forumda Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Rifat Hisarcıklıoğlu, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədovun çıxışları dinləniləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm