Ekopublika.az
G20 sammiti: iqtisadi islahatlar və Ukrayna böhranı
Avstraliyanın Brisben şəhərində keçirilən G20 sammitinin əsas mövzusu iqtisadi islahatlara həsr olunub. Həmçinin sammitin keçiriləcəyi iki gün ərzində Rusiyanın Ukraynadakı böhranda rolunun da müzakirə olunacağı gözlənilir.
Publika.az BBC telekanalına istinadla xəbər verir ki, sammitin
açılışını edən Avstraliyanın Baş naziri Toni Ebbott müzakirələrin
iqtisadi islahatlar siyasəti üzərində cəmləşməsini istədiyini,
lakin hər bir ölkə liderinin istədiyi mövzunu qaldıra biləcəyini
qeyd edib.
"Hərçənd ki, bu bizim görüşümüzdür və hər biriniz istənilən mövzunu qaldıra bilərsiz”, Baş nazir əlavə edib.
Vladimir Putin G20 sammiti ərəfəsində Qərbin Rusiyaya qarşı tətbiq
etdiyi sanksiyaların nəinki “böyük iyirmiliyin” fəaliyyət planına,
həmçinin beynəlxalq hüquqa və Dünya Ticarət Təşkilatının
prinsiplərinə zidd olduğunu bildirib. Lakin bir çox Qərb
liderlərinin mövqeyi nəzərə alınarsa, Brisbendə Rusiyanın
Ukraynanın şərqində yaranmış böhrandakı rolu və hətta yeni
sanksiyaların qəbulu barədə müzakirələrin aparılacağı
gözlənilir.
Kremlin mətbuat xidməti Prezident Vladimir Putinin sammit
çərçivəsində Britaniyanın Baş naziri Devid Kemeron, Fransa
Prezidenti Fransua Olland, İtaliyanın Baş naziri Matteo Rentsi və
Almaniya kansleri Angela Merkellə ikitərəfli görüşlər keçirəcəyi
barədə məlumat yayıb.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ