Mərkəzi Bank 2,5 mlrd. dollarlıq valyuta sterilizasiyası
Bizi izləyin

Ekopublika.az

Mərkəzi Bank 2,5 mlrd. dollarlıq valyuta sterilizasiyası

Mərkəzi Bank 2,5 mlrd. dollara yaxın alışyönlü valyuta sterilizasiyası aparıb

Mərkəzi Bank 2,5 mlrd. dollara yaxın alışyönlü valyuta sterilizasiyası aparıb Mərkəzi Bankın İdarə Heyətinin 2013-cü ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib.

Bankın struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirak etdiyi iclasda Elman Rüstəmov giriş nitqi ilə çıxış edib. E.Rüstəmov bildirib ki, ölkəmiz adambaşına düşən ümumu daxili məhsulun həcminə görə 100 pillə irəliləyərək qısa zaman ərzində orta gəlirli dövlətlər qrupuna daxil olub.

Dünya İqtisadi Forumuna görə Azərbaycan ən aşağı inflyasiyaya malik 7 ölkədən biridir. Ötən il əlamətdar hadisələrdən biri də Azərbaycanın dünyada 40 rəqabətli ölkə arasında yer alması olub: “2013-cü ildə ölkənin xarici iqtisadi mövqeyi daha da möhkəmlənib. İlkin qiymətləndirməyə görə ixracın həcmi 30 mlrd. ABŞ dollarını, tədiyə balansının cari hesabında profisit isə 10 mlrd. ABŞ dollarını ötüb.

Milli iqtisadiyyat istənilən şokları qarşılamağa imkan verən valyuta ehtiyatlarına malikdir. Strateji valyuta ehtiyatları 50 mlrd. ABŞ dollarını ötüb. Ehtiyatların həcmi ÜDM-in 70%-nə ekvivalentdir. Ötən il ölkə iqtisadiyyatı 5.8% artım nümayiş etdirib. Qeyri-neft iqtisadiyyatında artım 10% təşkil edib”. İclasda aparılan müzakirələrdə həmçinin qeyd edildi ki, Mərkəzi Bankın valyuta ehtiyatları hesabat ilində 21% artaraq 14,2 mlrd. ABŞ dollarına çatıb.

Ölkənin tədiyə balansında iri həcmli profisitin mövcud olması ilə əlaqədar valyuta bazarında təklifin tələbi üstələdiyi şəraitdə məzənnənin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və bununla qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün Mərkəzi Bank tərəfindən 2,5 mlrd. ABŞ dollarına yaxın həcmdə alışyönlü valyuta sterilizasiyası həyata keçirilib. Nəticədə, dövr ərzində manatın ABŞ dollarına qarşı məzənnəsinin sabitliyi qorunub.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm