"Sovetski" köçərsə, əmlak bazarında nə baş verəcək? - FOTOREPORTAJ
Bizi izləyin

Ekopublika.az

"Sovetski" köçərsə, əmlak bazarında nə baş verəcək? - FOTOREPORTAJ

"Sovetski" köçərsə, əmlak bazarında nə baş verəcək?

Keçmiş Sovetski kimi adlandırılan ərazidə 10 minə yaxın ailənin köçürülməsi planı əmlak bazarına yeni axının yaranmasına gətirib çıxaracaq. Evləri köçürülməsi fondunda tək nağd konpensasiyaların ödənilməsi "yeni evsizlərin" mənzil axtarmasına səbəb olacaq.

Bu isə artıq 10 min alıcı deməkdir. Paytaxtın əmlak bazarına qısa zamanda minlərlə alıcının daxil olması isə birmənalı şəkildə tələb yüksəlməsinə və nəticədə qiymət artımlarıa gətirib çıxaracaq. Bununla bağlı Sovetski adlana küçəyə yollandıq. Əhalinin sözlərinə görə, onlarla heç bir danışıqlıqlar aparılmır. Sadəcə gəlib ölçüb gedirlər. Təklif olunan məbləğ çox azdı.

"1500 manat qiymət ölçülüb. Bizimdə evimiz 31 kvadrat metrdir. Ümumiyyətlə tək bizim yox, Sovetskidəki evlərin 80% -i 50 kvadratdan aşağıdır. Bu bizi qane etmir. Torpağın, evlərin, inşaat materiallarının qiyməti qalxıb. 1500 manatla biz heçnə edə bilmərik. Əgər belə qiymət verilsə, belə çıxır ki, biz gedək bomj olaq? Mənim evimdə 3 oğlum, gəlinim, 2nəvəm qalır. 46500 manata, mən hansına ev alım? Bakıda boş evlərin sayı çoxdur.

Əgər bizə ev versələr o zaman gedərik. Yoxsa bu şəkildə bizim evdən çıxmaq niyyətimiz yoxdur. Biz qara millətik. Qaradan tünd rəng yoxdur. Itirəcək heşnəyimdə yoxdur. Mən heç kimə demirəm gəl evimi satım sənə. Onlar evləri sökmək istiyirlərsə, istədiyimiz pullarıda verməlidirlər".

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm