"Brent" markalı neft daha da ucuzlaşacaq
Bizi izləyin

Ekopublika.az

"Brent" markalı neft daha da ucuzlaşacaq

Neft bazarında "Brent" markalı neftin qiymətinin aşağı düşməsi üçün ilkin şərtlər var.

Publika.az xəbər verir ki, bunu "Borcell" analitik şirkətinin vitse-prezidenti Olqa Veretennikova "İzvestiya"ya bildirib.

Bir gün əvvəl xəbər verilmişdi ki, ABŞ Enerji İnformasiya Administrasiyası qlobal neft ehtiyatlarının azalması fonunda sentyabrda "Brent" markalı neftin qiymətinin bir barel üçün 80 dolları keçəcəyinə inanır. Hazırda bu markanın nefti 70 dollara satılır. Avqustun 26-da "Brent" markalı neftin bir barelinin qiyməti 81 dolları ötmüşdü.

“Bizim fikrimizcə, sentyabrda "Brent" markalı neftin qiymətinin bir barel üçün 80 dollardan yuxarı qalxacağı inandırıcı deyil. Neft qiymətləri artıq 2021-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. Və bazarda qiymətlərin bir az daha aşağıya doğru tənzimlənməsi üçün daha çox ilkin şərt var. Bura Çindən tələbin azalması daxildir. Həmçinin inkişaf etmiş ölkələrin elektriklə işləyən nəqliyyat vasitələrinə keçidi və ABŞ iqtisadiyyatının təhlükə ilə üzləşə biləcəyi qorxusu da qiymətlərə öz təsirini göstərir”, - deyə Veretennikova qeyd edib.

Analitikin fikrincə sentyabrda "Brent" markalı neftin bir barreli 68-72 dollara satılacaq.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm