Dünya
Ağ Evdən Türkiyəyə vacib mesaj: Biz bunu başa düşürük
Ağ Ev Türkiyənin terror təşkilatı PKK/YPG ilə bağlı təhlükəsizlik narahatlıqlarını anlayışla qarşıladıqlarını bildirib.
Publika.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi Vaşinqtonda Xarici Mətbuat Mərkəzində keçirdiyi brifinqində Co Bayden administrasiyasının xarici siyasət gündəmini dəyərləndirib.
O, istər keçid prosesi, istərsə də İŞİD-lə mübarizə çərçivəsində Suriyada baş verənləri yaxından izlədiklərini vurğulayıb.
Kirbi həm Türkiyənin təhlükəsizlik problemləri, həm də terror təşkilatı PKK/YPG ilə bağlı yanaşmalarını paylaşıb:
"Türkiyənin sərhəd boyu qanuni təhlükəsizlik narahatlıqlarını anlayırıq. Oradakı Türkiyə vətəndaşları və şəhərləri o sərhədi keçən terrorçuların hücumuna məruz qalıb. Türklərin terror hücumlarına qarşı özlərini müdafiə etmək hüququ var. Biz bunu başa düşürük və bu məsələdə türklərlə aktiv danışıqlar aparırıq”.
O, ABŞ-ın Suriyadakı hərbi varlığına da münasibət bildirib: “Bizim Suriyada kiçik bir hərbi varlığımız var və əsgərlərimiz yalnız bir məqsədlə oradadır, o da İŞİD-ə qarşı mübarizəni davam etdirməkdir”.
Roza
-
Magazin200:15Serdar Ortaç səhnədə yıxıldı - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kainat sizə iki mesaj göndərir
-
Hadisə24 Yanvar 23:36Qusarda 22 yaşlı gənc faciəli şəkildə həyatını itirdi - TƏFƏRRÜAT
-
İdman24 Yanvar 23:24“Başında şiş var idi, görüb pis oldum”
-
Magazin124 Yanvar 22:487 kiloqram arıqlayıb belə oldu - FOTO
-
ABŞ24 Yanvar 22:12“Tarixi fəlakət” xəbərdarlığı vaşinqtonluları QORXUYA SALDI - Supermarketlər boşaldılır
-
Magazin124 Yanvar 21:36Dubaydan ev alıb, ora köçür
-
Region24 Yanvar 21:00Xamenei görün harada gizlənir

































