Ekopublika.az
“Netflix” abunə qiymətlərini ARTIRIR

“Netflix” 2024-cü ilin son aylarında təxminən 19 milyon yeni abunəçi əlavə etdikdən sonra bir sıra ölkələrdə qiymət artımı edəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, şirkət ABŞ, Kanada, Argentina və Portuqaliyada abunə qiymətlərini artıracağını bildirib.
Böyük Britaniyada qiymətlərin artırılmasına gəlincə, “Netflix” nümayəndəsi hazırda paylaşılacaq bir məlumat olmadığını deyib.
“Netflix”in proqnozlaşdırılandan çox abunəçi sayını keçməsi Cənubi Koreyanın məşhur “Squid Game” serialının ikinci mövsümü və boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson ilə Ceyk Pol arasında keçirilən qarşılaşmanın yayımının təsiri ilə izah olunub.
ABŞ-da demək olar ki, bütün abunə planlarında qiymətlər artacaq. Reklamsız standart abunə haqqı artıq ayda 15,49 dollardan 17,99 dollara yüksələcək. Reklamlı planın qiyməti də 1 dollar artaraq 7,99 dollar olacaq.
“Netflix” ABŞ-da qiymətləri sonuncu dəfə 2023-cü ilin oktyabrında artırmışdı. Həmin vaxt bəzi qiymətlər Böyük Britaniyada da qaldırılmışdı.

-
Hadisə10:48
Ucarda 14 avtomobilin iştirakı ilə qəza: ölən və xəsarət alanlar var - YENİLƏNDİ
-
Avropa09:00
Ukrayna ABŞ-ın ZƏİF DAMARINI TUTDU - Yumurta verək, silah verin
-
Magazin108:36
Dostları onun həyatından danışdılar: "Bir gün zəng gəldi..." - VİDEO
-
Magazin206:16
Hadisə açıq-saçıq libasda elə pozalar verdi ki... - FOTO
-
Dünya05:15
85 yaşlı qadın öz dəfn mərasimində AYILDI
-
Magazin203:43
Ayden Şener bu qərarına görə PEŞMAN OLUB: "Təklifləri qəbul etmədim"
-
Magazin103:13
Kənan ailə qurur - Qız toyundan FOTOLAR
-
Sosial00:30
Məryəm Ələkbərli qəfil öldü - FOTO