Cənubi Qafqaz
Bir milyonluq ordu hərəkətə keçəcək, hücum Zəngəzurdan olacaq - SENSASİON DETALLAR
“İrana hücum üçün bir milyondan çox hərbi qüvvə bu ölkəni mühasirəyə almalıdır. İranı mühasirəyə almaq üçün hansı ölkələrdən istifadə edəcəklər? Quru qoşunları və hərbi texnika Ermənistan ərazisindən keçməlidir”.
Publika.az xəbər verir ki, bu barədə təhlükəsizlik üzrə erməni ekspert Hayk Nahapetyan ABŞ-Ermənistan strateji tərəfdaşlıq sənədinin imzalanması və ABŞ qüvvələrinin Ermənistan ərazisinə yerləşdirilməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, hər bir ölkənin İrana qarşı müharibədə hansı mövqe tutacağına qərar verməsinin vaxtı çatıb.
“Paşinyan da qərarını verib və şübhəsiz ki, o və komandası İrana qarşı müharibə üçün Ermənistanın bütün resurslarınndan istifadə edəcək. İran yaxşı silahlanıb, bu ölkə İraq deyil. İranda quru əməliyyat keçirmək və işğal etmək üçün 1 milyon əsgər lazımdır ki, bu da 5-6 ay çəkəcək.
Gələn həftə Ermənistana gələcək ABŞ-ın gömrük və sərhəd mühafizəsi komandası bu prosesin başlanğıcıdır. Paşinyan Sünikin (Zəngəzur-red) qapılarını ilk növbədə hərbi baxımdan açıb. Onun Rusiya qoşunlarını Sünikdən çıxarması təsadüfi deyil. ABŞ-a Pentaqonun Ermənistanda tam olması lazımdır. Paşinyan ordumuzu tamamilə Amerika ordusunun modelinə uyğunlaşdırır. Pentaqonun nümayəndəsi bir ildən artıqdır ki, bizim Müdafiə Nazirliyində oturub”, - o bildirib.
Nahapetyan hesab edir ki, İran təhlükəni gördüyü vaxt həm Ermənistan ərazisinə, həm də hakimiyyət orqanlarına zərbələr endirə bilər.
Asif
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı













.webp)






















