Ekopublika.az
“Ermənistan məhsulları Azərbaycan bazarına axa bilər” - XƏBƏRDARLIQ
Sabiq millət vəkili Nazim Məmmədov Azərbaycanın MDB nəzdindəki Azad Ticarət Zonasına qoşulmamasını düzgün addım hesab edir. Sabiq millət vəkili Publika.Az-a açıqlamasında belə deyib: “Azərbaycanın imtinası göstərir ki, ölkə Avroatlantik məkana inteqrasiya baxımından götürdüyü öhdəlikləri yerinə yetirməkdə israrlıdır. Azərbaycan MDB-yə üzv ölkələrlə iqtisadi münasibətlərini ikitərəfli müqavilələrlə də davam etdirə bilər”.
Mayın 15-də Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək. Sammitdə MDB dövlətlərinin Azad Ticarət Zonasına qoşulması barədə müzakirələr aparılacaq.
Azad Ticarət Zonası ilə bağlı müqavilə keçən ilin oktyabr ayında MDB-nin hökumət başçıları Şurasının Sankt-Peterburqdakı iclasında imzalanıb. Azərbaycanla yanaşı Özbəkistan və Türkmənistan da bu müqaviləni imzalamayıb.
Rusiyanın baş naziri Vladimir Putinin sözlərinə görə, bu üç ölkə müqaviləyə ilin sonunadək qoşulmağın mümkünlüyü məsələsini araşdırmağa üstünlük veriblər.
Nazim Məmmədovun sözlərinə görə, müqavilənin imzalanması Ermənistan məhsullarının Azərbaycan ərazisinə daxil olmasına şərait yaratmaqla, bəzi qardaş ölkələrin daha keyfiyyətli məhsullarının ölkə bazarından sıxışdırılıb çıxarılmasına zəmin yaradar. O, hesab edir ki, ümumiyyətlə Azərbaycan Rusiyanın istənilən layihəsindən uzaq olmalıdır:
“Hazırda Rusiyadan gələn məhsullarla bağlı əlavə rüsum və vergilər qoyulmur. Bu baxımdan öz bazarımızı Rusiyanın köhnə texnologiyalarına açıq saxlamaqda davam edirik. Əslində, belə bir siyasət Türkiyəyə yönəlik aparılmalıdır”.
Bəkir Nərimanoğlu
Publika.Az
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO