Ekopublika.az
Ötən il yol çəklişinə nə qədər pul xərclənib?
Ötən il ərzində ölkə nəqliyyat-yol kompleksinə 2,1 milyard manat həcmində investisiya xərclənib.
Axar.az xəbər verir ki, 2,1 milyard manat investisiya sayəsində 2014-cü ildə ölkə üzrə 501 kilometr avtomobil yolu yenidən qurulub və təmir olunub. Nəqliyyat Nazirliyindən verilən məlumata görə, regionlarda isə ümumilikdə 452,5 kilometr avtomobil yolları əsaslı təmir olunub.
Təkcə paytaxtda bu il 55 kilometr yol inşa olunub və yenidən qurulub. Heydər Əliyev prospektində “Şəfa” stadionunun qarşısında yol qovşağında, Koroğlu qovşağı ilə keçmiş Qələbə dairəsini birbaşa birləşdirən, uzunluğu 9 kilometr olan Ziya Bünyadov prospektində 5 yol qovşağı da daxil olmaqla tikinti, yenidənqurma və əsaslı təmir işləri başa çatdırılaraq istismara verilib. Eyni zamanda, uzunluğu 22 kilometr olan Qala-Pirallahı avtomobil yolunun 15 kilometrlik hissəsində tikinti işləri tamamlanıb.
Beynəlxalq kreditlər hesabına isə Yenikənd–Salyan, Salyan–Şorsulu avtomobil yollarının və Kür çayı üzərində körpü keçidinin tikintisi, Muğanlı–Yevlax avtomobil yolunun yenidən qurulması, Hacıqabul-Kürdəmir, Kürdəmir-Yevlax, Yevlax-Gəncə və Bakı-Şamaxı avtomobil yollarının 4 zolağa genişləndirilməsi işləri davam etdirilib.
Bundan başqa, il ərzində avtomobil yolları üzərində 32 körpü, 1 piyada keçidi tikilib, 3 körpü isə təmir edilib.
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO