Ekopublika.az
Daha bir boğaz yanacaq qiymətlərinə kəskin təsir edə bilər
Neftin daşındığı ən mühüm qlobal marşrutlardan biri olan Malakka boğazına da Hörmüz boğazı üçün təklif edilən tranzit rüsumları və ya oxşar məhdudiyyətlərin tətbiq oluna biləcəyi ilə bağlı narahatlıqlar fonunda bazarlar bu bölgədəki vəziyyəti getdikcə daha diqqətlə izləyir.
Publika.az xəbər verir ki, bu barədə “OilPrice” portalı yazıb.
Portalda dərc olunan məqalədə qeyd olunur ki, investorlar tranzit rüsumlarının tutulmasının Yaxın Şərqdə yeni normaya çevriləcəyi təqdirdə, Malakka boğazı sahilində yerləşən dövlətlərin də bu presedentdən istifadə edərək eyni addımı ata biləcəyindən ehtiyat edirlər. Xüsusilə, İranın Hörmüz boğazından keçən neft tankerlərinə 2 milyon dollar məbləğində yüksək rüsum tətbiq edə biləcəyi barədə məlumatlar yayılıb.
Malakka boğazı Malay yarımadası ilə İndoneziyanın Sumatra adası arasında yerləşən, təxminən 900 kilometr uzunluğunda su yoludur və İndoneziya, Malayziya və Tailand sahillərini əhatə edir. Bu, Hind və Sakit okeanlarını birləşdirən ən qısa dəniz marşrutudur. “OilPrice”ın məlumatına görə, dünya ticarət dövriyyəsinin 30 faizədək hissəsi və dəniz yolu ilə daşınan neftin təxminən yarısı bu boğazdan keçir.
Məqalədə vurğulanır ki, Malakka boğazı həm də Yaxın Şərq neftinin Şərqi Asiyaya çatdırılması üçün ən qısa marşrutdur və Çin, Yaponiya və Cənubi Koreya kimi regionun ən böyük iqtisadiyyatlarını enerji ilə təmin edir.
Boğazın bağlanacağı halda tankerlər Avstraliyanın ətrafı ilə dolanmağa məcbur olacaqlar. “OilPrice”ın hesablamalarına əsasən, bu, səfər müddətini 10–15 gün artıracaq və yanacaq xərclərini əhəmiyyətli dərəcədə yüksəldəcək. (Trend)
-
Nida Təhlil 25 Sentyabr 22:04Türkiyə mediasında Bakıya qarşı kampaniya cəhdi: BMT-də əslində nə baş verib?
-
Ekologiya25 Sentyabr 20:24Bu payız fərqli olacaq: Aralıq dənizindən gələn siklonlar Azərbaycana necə təsir edəcək?
-
Hadisə25 Sentyabr 19:40Azyaşlını döyən şəxs saxlanıldı - Foto/Yeniləndi
-
Ekologiya25 Sentyabr 19:25Azərbaycanda külək güclənib: bəzi rayonlarda yağış yağır - Faktiki hava
-
Nida Xəbər 25 Sentyabr 18:50Mehdiyevin kürəkəninin şərik olduğu obyektlər satışa çıxarıldı
-
Nida Xəbər 25 Sentyabr 15:38Prezident ona “general-leytenant” ali hərbi rütbəsi verdi - FOTO
-
Hadisə25 Sentyabr 14:38Bakıda anbarda güclü yanğın başladı - VİDEO
-
Rəsmi xronika25 Sentyabr 12:10Prezident ad günü münasibətilə Kobaxidzeni təbrik etdi












.jpg)




.jpg)

















