Ekopublika.az
İllərlə cərimə və həbs, indi isə ləğv: Əvvəl cəzalananların taleyi necə olacaq?
Xarici valyutanın ölkəyə qaytarılmamasına görə cinayət məsuliyyəti yaradan norma ləğv edilir. Qərar bir çoxları tərəfindən iqtisadi fəaliyyət və sahibkarlıq mühiti baxımından müsbət addım kimi qiymətləndirilsə də, əvvəlki illərdə həmin maddə ilə cəzalandırılan şəxslərin taleyi yenidən gündəmə gəlir. Ekspertlər hesab edir ki, qanunvericilikdə dəyişiklik edilərkən təkcə gələcək deyil, əvvəlki tətbiqin yaratdığı hüquqi nəticələr də nəzərə alınmalıdır. Xarici valyutanı ölkəyə qaytarmamağa görə cinayət məsuliyyətinin ləğvi əvvəlki illərdə bu maddə ilə cəzalandırılmış şəxslərin hüquqi vəziyyətinə necə təsir edə bilər? Onların pozulmuş hüquqlarının bərpası üçün hansı addımlar atılmalıdır?
Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a iqtisadçı Emin Qəribli danışıb. O deyib ki, bu, müsbət bir addımdır:
“Hesab edirəm ki, biz ixracatçılarımıza hər zaman dəstək olmalıyıq. Xatırlayırsınızsa, vaxtilə devalvasiya və valyuta ehtiyatlarının ölkədən çıxmasının qarşısını almaq məqsədilə müəyyən məhdudlaşdırıcı tədbirlər tətbiq olunmuşdu. Həmin dövrün iqtisadi şərtləri bunu zəruri edirdi. Lakin indi bu məsələyə yenidən baxılması müsbət haldır. Bu, onu göstərir ki, artıq ölkədə həmin istiqamətdə əvvəlki risklər yoxdur”.
İqtisadçının fikrincə, ixracatçıların fəaliyyətini stimullaşdırmaq və onların qarşılaşdığı problemləri minimuma endirmək vacibdir:
“Təcrübədə elə hallar olur ki, onlar obyektiv səbəblərdən, məsələn, müxtəlif prosedurlar, tərəfdaş ölkələrdə yaranan çətinliklər, sanksiyalar və ya digər amillər üzündən valyuta vəsaitini vaxtında ölkəyə qaytara bilmirlər. Ona görə də hesab edirəm ki, bu dəyişiklik həm ixracatçılar üçün əlverişli olacaq, həm də ümumilikdə ölkənin ixrac potensialının artırılmasına müsbət təsir göstərəcək”.
-
Nida Təhlil 25 Sentyabr 22:04Türkiyə mediasında Bakıya qarşı kampaniya cəhdi: BMT-də əslində nə baş verib?
-
Ekologiya25 Sentyabr 20:24Bu payız fərqli olacaq: Aralıq dənizindən gələn siklonlar Azərbaycana necə təsir edəcək?
-
Hadisə25 Sentyabr 19:40Azyaşlını döyən şəxs saxlanıldı - Foto/Yeniləndi
-
Ekologiya25 Sentyabr 19:25Azərbaycanda külək güclənib: bəzi rayonlarda yağış yağır - Faktiki hava
-
Nida Xəbər 25 Sentyabr 18:50Mehdiyevin kürəkəninin şərik olduğu obyektlər satışa çıxarıldı
-
Nida Xəbər 25 Sentyabr 15:38Prezident ona “general-leytenant” ali hərbi rütbəsi verdi - FOTO
-
Hadisə25 Sentyabr 14:38Bakıda anbarda güclü yanğın başladı - VİDEO
-
Rəsmi xronika25 Sentyabr 12:10Prezident ad günü münasibətilə Kobaxidzeni təbrik etdi












.jpg)




.jpg)

















