Ekopublika.az
Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərlə bağlı yenilik
Azərbaycana müntəzəm reyslər həyata keçirən aviaşirkətlərin stimullaşdırılması məqsədilə subsidiya mexanizminin işə salınması nəzərdə tutulur.
Publika.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədr müavini Rəşad Əliyev bildirib.
Onun sözlərinə görə, sözügedən mexanizm hazırlıq mərhələsində olan turizm sahəsi üzrə yeni dövlət proqramında əks olunub.
"Dövlət proqramına Azərbaycana uçuşlar gerçəkləşdirən aviaşirkətlərə yönəlik subsidiya mexanizmini daxil etmişik. Əsas hədəf yeni istiqamətlər üzrə uçuşların başladılmasını və hazırda mövcud olan reyslərin sayının çoxaldılmasını stimullaşdırmaqdır. Beynəlxalq aviaşirkətlər yeni marşrut müəyyənləşdirərkən aeroport yığımları, xidmət haqları, vergi öhdəlikləri və sair məsrəfləri nəzərdən keçirir, daha əlverişli şərtlər irəli sürən ölkələrə üstünlük verirlər. Bir sıra dövlətlər, o cümlədən Özbəkistan fəal subsidiya strategiyası tətbiq edərək aviaşirkətləri, turizm operatorlarını, otelləri və digər turizm sahəsi iştirakçılarını maliyyə baxımından dəstəkləyir. Biz də rəqabətədavamlılığımızı gücləndirmək məqsədilə bu sahədə dəstək mexanizmi formalaşdırmağı nəzərdə tuturuq", - deyə o qeyd edib.
R. Əliyev həmçinin vurğulayıb ki, yeni dövlət proqramında Azərbaycana aşağıbüdcəli ("low-cost") aviaşirkətlərin cəlb edilməsi də əsas prioritet istiqamətlərdən biri olaraq müəyyən olunub.
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü









.jpg)




.png)





















