Ekopublika.az
Gürcüstan və Azərbaycan yükdaşımaları üçün rəqəmsal icazələrin tətbiqinə başladı
Gürcüstan və Azərbaycan beynəlxalq avtomobil yükdaşımaları üçün rəqəmsal icazələrin verilməsi və mübadiləsi prosesinə uğurla başlayıblar.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən məlumat verilib.
Bildirilib ki, beynəlxalq yük daşımaları ilə məşğul olan gürcü daşıyıcıları, Türkiyədə olduğu kimi, Azərbaycanda da icazələrin elektron formatından istifadə edəcəklər. Oxşar yenilik 2026-cı ilin iyul ayının əvvəlində Türkiyədə də tətbiq edilib.
Nazirliyin Quru Nəqliyyatı Agentliyinin direktoru Bakur Mikadze deyib ki, rəqəmsal sistem daşımalarla bağlı inzibati prosedurları əhəmiyyətli dərəcədə sadələşdirir, sürətli və təhlükəsiz məlumat mübadiləsini təmin edir, texniki maneələri və kağız sənədləşmə ehtiyacını azaldır, beynəlxalq avtomobil yükdaşımalarının idarə olunması üçün müasir, şəffaf və səmərəli mexanizmlər yaradır.
Onun sözlərinə görə, icazələrin elektron formatda verilməsi və monitorinqi prosesi xeyli sürətlənir və beynəlxalq daşıma əməliyyatlarının səmərəliliyini artırır.
İkitərəfli əməkdaşlığa əsaslanan rəqəmsal icazə sistemi Gürcüstan və tərəfdaş ölkənin icazə sənədlərinin mübadiləsi və idarə olunması üçün vahid elektron sistemdən istifadəsini təmin edir.
Effektiv Gürcüstan-Azərbaycan danışıqları nəticəsində 2026-cı ilə qədər hər növ icazə sənədinin 1000 elektron forması mübadiləsi aparılıb və 2027-ci il üçün rəqəmsal formata tam keçid planlaşdırılır.
Agentlikdən bildirilib ki, bu yeniliklər və imkanlar beynəlxalq yol nəqliyyatı sektorunun inkişafına töhfə verəcək, nəqliyyat əməliyyatlarını sadələşdirəcək və Gürcüstanın regional tranzit mərkəzi kimi rolunu daha da gücləndirəcək. (Azərtac)
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq









.jpg)




.png)





















