Ekopublika.az
Milyonlara təsir edəcək proses başladı - Yeni “qiyamət ssenarisi”
Süni intellektin sürətli inkişafı əmək bazarını kökündən dəyişə bilər. Ekspertlər hesab edirlər ki, əsas təhlükə yalnız insanların işsiz qalması deyil. Əgər milyonlarla insanın işi süni intellektlə əvəzlənərsə, dövlətlərin vergi gəlirləri kəskin azala, sosial xərclər isə arta bilər. Bunu həm də “qiyamət ssenarisi” kimi dəyərləndirən mütəxəssislər də var.
Azərbaycan əmək bazarı bu dəyişikliklərə nə dərəcədə hazırdır? Bu ssenari mümkündürmü?
Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşov danışıb. O deyib ki, süni intellektin sürətli inkişafı əmək bazarında ciddi dəyişikliklər yaradacaq:
“Lakin bu, bütün peşələrin yox olması demək deyil. Ən çox rutin və təkrarlanan işlər avtomatlaşdırılacaq, buna qarşılıq proqramlaşdırma, məlumat analitikası, kibertəhlükəsizlik və süni intellekt sistemlərinin idarə edilməsi kimi sahələrdə yeni iş imkanları yaranacaq. Buna görə də əsas məsələ iş yerlərinin tamamilə itirilməsi deyil, əmək bazarının yeni tələblərə uyğun transformasiyasıdır. Təbii ki, Azərbaycan da bu prosesdən kənarda qalmayacaq. Xüsusilə bank, mühasibatlıq, çağrı mərkəzləri və inzibati sahələrdə süni intellektdən istifadənin artması bəzi vəzifələrə tələbatı azalda bilər. Bunun qarşısını almağın ən effektiv yolu təhsil sisteminin yenilənməsi, rəqəmsal bacarıqların artırılması və işçi qüvvəsinin yeni texnologiyalara uyğun hazırlanmasıdır. Əks halda, əmək bazarında müəyyən çətinliklərin yaranması mümkündür. Bu isə dövlətin sosial yükünü artıracaq”.
Ekspert bildirib ki, prosesi “qiyamət ssenarisi” adlandırmaq daha çox ehtimal üzərində qurulan yanaşmadır:
“Tarix göstərir ki, texnoloji yeniliklər köhnə peşələri əvəz etsə də, eyni zamanda yeni peşələr və iqtisadi imkanlar formalaşdırır. Dövlət, biznes və təhsil sektoru indidən düzgün strategiya qurarsa, süni intellekt işsizliyin yox, məhsuldarlığın artmasına və iqtisadi inkişafın sürətlənməsinə xidmət edəcək”.
-
Nida Təhlil 22:04Türkiyə mediasında Bakıya qarşı kampaniya cəhdi: BMT-də əslində nə baş verib?
-
Ekologiya20:24Bu payız fərqli olacaq: Aralıq dənizindən gələn siklonlar Azərbaycana necə təsir edəcək?
-
Hadisə19:40Azyaşlını döyən şəxs saxlanıldı - Foto/Yeniləndi
-
Ekologiya19:25Azərbaycanda külək güclənib: bəzi rayonlarda yağış yağır - Faktiki hava
-
Nida Xəbər 18:50Mehdiyevin kürəkəninin şərik olduğu obyektlər satışa çıxarıldı
-
Nida Xəbər 15:38Prezident ona “general-leytenant” ali hərbi rütbəsi verdi - FOTO
-
Hadisə14:38Bakıda anbarda güclü yanğın başladı - VİDEO
-
Rəsmi xronika12:10Prezident ad günü münasibətilə Kobaxidzeni təbrik etdi


































