Ekopublika.az
Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?
Şirkətlər 40 yaşdan yuxarı işçiləri "ovlamağa"a başlayıblar. Bu, xüsusilə də Rusiyada müşahidə olunan tendensiyadır.
Publika.az xəbər verir ki, insan resursları üzrə mütəxəssis Vladislav Bıxanov bunun səbəblərini Gazeta.Ru-ya açıqlayıb.
O bildirib ki, cəmi bir neçə il əvvəl 40 yaşdan, hətta 35 yaşdan yuxarı olmaq işə qəbul üçün maneə hesab olunurdu, lakin bu gün vəziyyət dəyişib.
İşə qəbul şirkəti "Cornerstone"un baş direktoru olan Vladislav Bıxanov deyir ki, hazırda idarəetmə vakansiyalarının 75%-ni 40 yaşdan yuxarı namizədlər tutur.
Son iki ildə 40-55 yaş arası mütəxəssislər üçün müsahibə dəvətlərinin sayı 50% artıb. "Biz yalnız ən azı 15 illik təcrübəsi olan namizədləri nəzərdən keçiririk" ifadəsinə yer verilən vakansiya elanları isə 40% artıb.
"İşəgötürənlər əvvəllər "Namizədin neçə yaşı var?" deyə soruşurdularsa, bu gün əsas sual "Bu şəxsin nəticə verməyə başlaması nə qədər vaxt aparacaq?"dır", - Bıxanov qeyd edir.
O vurğulayır ki, işəgötürənlər yaş deyil, təcrübə axtarırlar. Təcrübəli menecer tez işə başlaya, qərar qəbul edə və nəticələrə görə məsuliyyət daşıya bilir.
"Mütəxəssislər 40 yaşına qədər iş və həyat təcrübəsinin optimal kombinasiyasına nail olurlar. Bu yaşdakı insanlar karyerasına daha rahat diqqət yetirə bilir. 40 yaşdan sonra insanda yüksək enerji səviyyələri müşahidə olunmağa davam edir, lakin 25 yaşında olmayan bir şey ortaya çıxır - həyat müdrikliyi, emosional sabitlik və doğru qərarlar qəbul etmək bacarığı", - mütəxəssis diqqətə çatdırıb.
Qeyd edilir ki, gənclər rəqabət aparmaqda çətinlik çəkirlər. Çünki hər başlanğıc səviyyəli vəzifə üçün onlarla oxşar CV var. Ancaq 15-20 illik təcrübəsi olan mütəxəssislərin sayı daha azdır.
Yeni trend isə qarışıq komandalardır: gənclər texnologiyaları daha tez mənimsəyirlər, yetkinlər isə sistemli düşüncə və idarəetmə təcrübəsi gətirirlər. Bu tarazlıq ən yüksək səmərəliliyi nümayiş etdirir.
Ekspert sonda vurğulayıb ki, əmək bazarında ən dəyərli valyuta səhvlərin qarşısını almağa və biznesin inkişafına kömək edən təcrübədir.
Ləman
-
Hadisə03:44Fədakarlığı ilə faciənin qarşısını aldı: Gündəm olan görüntülərin "qəhrəmanı" danışdı - Video
-
Elm və təhsil01:40Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - Video
-
Qoroskop00:45Günün ulduz falı: Uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirin
-
Cənubi Qafqaz26 Avqust 20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə26 Avqust 19:10Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Foto
-
Magazin126 Avqust 19:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial26 Avqust 18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz26 Avqust 17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı


































.jpg)
.jpg)

.jpg)