Ekopublika.az
Azərbaycanda ən populyar mobil cihazlar
Azərbaycan bazarında ən populyar mobil cihazların adı açıqlanıb.
Publika.az xəbər verir ki, “Global Stats” Statistika Mərkəzinin məlumatları əsasında Trend-in apardığı hesablamalara görə, 2026-cı ilin iyul ayının yekunlarına əsasən, "Samsung" smartfon və mobil telefonları Azərbaycanda populyarlığına görə liderliyini qoruyub.
Azərbaycanın smartfon bazarında "Samsung"un payı əvvəlki ayla müqayisədə 0,27 faiz bəndi azalaraq 43,57 faiz təşkil edib.
Cari ilin iyun ayı ilə müqayisədə "Xiaomi"nin bazar payı 3,22 faiz bəndi artaraq 29,96 faizə yüksəlib. "Apple" smartfonlarının bazar payı isə 14,37 faiz olub. Bu göstərici əvvəlki ayla müqayisədə 1,22 faiz bəndi azalıb.
Mobil cihaz istehsalçıları arasında növbəti yerdə "Huawei" qərarlaşıb. Şirkətin bazar payı əvvəlki ayla müqayisədə 0,08 faiz bəndi azalaraq 3 faiz təşkil edib. Sonra müvafiq ardıcıllıqla "Honor" (1,22 faiz, 0,03 faiz bəndi azalma), "Realme" (0,33 faiz, 0,06 faiz bəndi artım) və "Tecno" (0,16 faiz, dəyişməyib) gəlir.
"Oppo"nun bazar payı əvvəlki ayla müqayisədə 0,01 faiz bəndi artaraq 0,14 faiz olub. "Google" isə 0,07 faiz bazar payına sahib olub ki, bu da əvvəlki ayla müqayisədə 1,3 faiz bəndi azdır.
Xatırladaq ki, "Apple" şirkətinin məlumatına əsasən, bu ilin iyun ayında keçirilən WWDC 2026 konfransında şirkət "Apple Intelligence" və "Siri AI"nin yeni nəslini, həmçinin "iPhone", "iPad", "Mac","Apple Watch", "Apple Vision Pro" və "Apple TV" üçün proqram təminatı yeniləmələrini təqdim edib. Bildirilib ki, şirkət həmçinin valideyn nəzarəti üçün yeni funksiyalar və digər proqram təminatı təkmilləşdirmələrini də elan edib.
-
Elm və təhsil01:40Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - Video
-
Qoroskop00:45Günün ulduz falı: Uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirin
-
Cənubi Qafqaz26 Avqust 20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə26 Avqust 19:10Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Foto
-
Magazin126 Avqust 19:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial26 Avqust 18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz26 Avqust 17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
-
Nida Xəbər 26 Avqust 16:32Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak etdi - FOTO



















.webp)















.jpg)
.jpg)

.jpg)