Ekopublika.az
Neft bazarı üçün dönüş ili - OPEC-dən 2027-ci il proqnozu
OPEC 2026-cı ildə Yaxın Şərqdə neftə tələbatın azalacağını, 2027-ci ildə isə bərpa olunacağını gözləyir.
Publika.az xəbər verir ki, OPEC-in son hesabatında bildirilib ki, Yaxın Şərqdə neftə tələbat 2026-cı ilin mayında illik ifadədə günə180 min barel azalıb. Apreldə isə bu göstərici təxminən günə 40 min barel azalıb.
Hesabata görə, mazuta, neft-kimya sənayesi üçün xammala və nəqliyyat yanacağına tələbatın azalması xam neftin birbaşa yandırılmasının artımını üstələyib.
“Xüsusilə, may ayında mazuta tələbat illik ifadədə təxminən günə 100 min barel azalıb. Apreldə isə əksinə, bu yanacaq növünə tələbat təxminən günə 150 min barel artmışdı. Naftaya və aviasiya/kerosin yanacağına tələbat hər bir yanacaq növü üzrə təxminən günə 70 min barel azalıb. Maye qaz, benzin və dizel yanacağının istehlakı isə hər bir yanacaq növü üzrə günə təxminən 20 min barel azalıb.
Bununla yanaşı, xam neftin birbaşa yandırılması da daxil olmaqla, “digər neft məhsulları” kateqoriyasına tələbat sutkada 110 min barel artıb. Bu kateqoriya üzrə tələbatın ən böyük artımı Səudiyyə Ərəbistanının payına düşüb”, – deyə OPEC bildirib.
Qeyd olunub ki, 2026-cı ilin üçüncü rübündə regionun ən iri istehlakçı ölkələrinin iqtisadiyyatlarının artım tempinin zəifləyəcəyi gözlənilir. Bununla belə, iqtisadi dinamika qeyri-neft sektorunun hesabına dəstəklənəcək.
“OPEC ilin sonuna doğru regionda iqtisadi fəallığın tədricən sabitləşəcəyini və yaxşılaşacağını gözləyir. Bununla əlaqədar olaraq, üçüncü rübdə Yaxın Şərqdə neftə tələbatın illik ifadədə təxminən günə 50 min barel azalacağı proqnozlaşdırılır.
2026-cı ildə region iqtisadiyyatının qeyri-neft sektoru, sabit özəl istehlak və inflyasiya tempinin zəifləməsi sayəsində dayanıqlığını qoruyacağı gözlənilir.
Regionun ən iri iqtisadiyyatlarında biznes fəallığı indeksinin (PMI) son göstəriciləri də qeyri-neft sektorunda fəallığın qorunub-saxlandığına işarə edir”, – OPEC-in hesabatında qeyd olunub.
Vurğulanır ki, Səudiyyə Ərəbistanında qeyri-neft sektorunun PMI göstəricisi iyunda may ayındakı 52 bənddən və apreldəki 51,5 bənddən 53 bəndədək yüksəlib.
Qeyd olunub ki, 2027-ci ildə region iqtisadiyyatının bərpa olunacağı, dayanıqlı qeyri-neft sektoru və yüksək daxili tələbat fonunda iqtisadi fəallığın tam artım trayektoriyasına qayıdacağı gözlənilir.
“İqtisadiyyata infrastruktur xərcləri, əmək bazarında sabit vəziyyət və inflyasiyanın səngiməsi də dəstək verəcək. Beynəlxalq hava daşımalarının və avtomobil mobilliyinin artmasının neftə tələbatı dəstəkləyəcəyi gözlənilir.
OPEC-in proqnozuna görə, regionun neft-kimya sənayesində artım 2027-ci ildə də davam edəcək.
Nəticədə, 2027-ci ildə Yaxın Şərqdə neftə tələbatın bərpa olunacağı və illik ifadədə təxminən günə 0,3 milyon barel artaraq orta hesabla günə 9,1 milyon barelə çatacağı gözlənilir”, – OPEC-in hesabatında bildirilib. (Trend)
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı












.jpg)













.jpg)












