Ekopublika.az
Ev almaq istəyənlər üçün vacib açıqlama - Bu tarixləri gözləyin!
Hazırda əmlak bazarındakı vəziyyət və qiymətlər ev almaq istəyənləri fikrə salır. Mənzil almaq üçün indi düzgün vaxtdır, yoxsa gözləmək daha sərfəlidir?
Publika.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib. Onun sözlərinə görə, mənzil əgər şəxsi istifadə üçündürsə, investisiya məqsədli deyilsə, istənilən anda bazarı təhlil edib müvafiq qərarları qəbul edib mənzil almaq olar:
“Daha uyğun olan dövr noyabr, fevral aylarıdır ki, həmin dövlərdə müəyyən mənada digər dövrlərə nisbətən bazarda aktivlik o qədər də olmur. Bir də təbii ki, yay aylarında, xüsusilə də avqusta qədər olan dövrü əsas qeyd etmək olar. Məsələn, bu ilin bazarında biz bunu görə bildik, kifayət qədər aktivlik olmadığı üçün bazarda bu və digər araşdırma nəticəsində ucuz mənzillər əldə etmək olar”.
V.Oruc vurğulayıb ki, tendensiya ümumi olaraq qiymət artımıdır və qiymət artımı il boyu devam edir:
“Gözləməyə gəlincə isə, gözləmək təbii ki, 2-4 ay, təqribən 3 ay müddətində bazarı araşdırıb, həmin araşdırmanın nəticəsinə uygun qərarlar qəbul etmək daha məqsədəuyğundur. Bir də təbii ki, müvafiq sahə ilə məşğul olan ya qiymətləndirici, ya rieltor, ya konsaltinq şirkətlərinə müraciət etmək daha əlverişlidir. Dünya praktikası bunu sübut edir ki, bir çox hallarda insanların özü bu istiqamətdə qərar qəbul edəndə peşəkarlıq olmadığı üçün səhv, yanlış qərarlar qəbul edir”.
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?









.jpg)



























