Ekopublika.az
Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?
2026-cı ilin birinci yarısında Azərbaycanda 52,3 min yeni iş yeri açılıb.
Publika.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, yeni yaradılan iş yerlərinin 93,2 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Belə ki, hesabat dövründə açılmış iş yerlərinin 77,5 faizi Bakı şəhərində, 1,5 faizi Naxçıvan Muxtar Respublikasında, 21 faizi isə digər regionlarda yaradılıb.
Regionlar üzrə yeni iş yerlərinin 6,5 faizi Abşeron-Xızı, 2,5 faizi Gəncə-Daşkəsən, 2 faizi Quba-Xaçmaz, 2 faizi Şəki-Zaqatala, 1,8 faizi Qarabağ, 1,4 faizi Qazax-Tovuz, 1,1 faizi Mərkəzi Aran, 0,9 faizi Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb.
Yeni iş yerlərinin 0,8 faizi Lənkəran-Astara, 0,8 faizi Şirvan-Salyan, 0,7 faizi Mil-Muğan, 0,5 faizi isə Dağlıq Şirvan iqtisadi rayonunda açılıb.
Yaradılmış iş yerlərinin 77,5 faizi mövcud müəssisə və təşkilatlarda, 22,1 faizi yeni yaradılmış, 0,4 faizi isə fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda olub.
Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 22,6 faizi tikinti, 16,4 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 10,5 faizi emal sənayesi, 9,2 faizi peşə, elmi və texniki fəaliyyət, 7,4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi sahələrində açılıb.
Bundan başqa, həmin iş yerlərinin 6,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi informasiya və rabitə, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinin payına düşüb.
Yeni iş yerlərinin 3,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 2,5 faizi maliyyə və sığorta fəaliyyəti, 2,5 faizi təhsil, 7,9 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə yaradılıb. (Axar.az)
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?









.jpg)



























