Azərbaycanda arzuolunan dəyişiklik - 4 milyon nəfər gəlir
Bizi izləyin

Ekopublika.az

Azərbaycanda arzuolunan dəyişiklik - 4 milyon nəfər gəlir

Azərbaycanda arzuolunan dəyişiklik - 4 milyon nəfər gəlir

Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının təsdiq edilməsi ilə bağlı sərəncam imzalayıb. Sənəddə turizmə investisiyaların təşviqi, qanunvericiliyin təkmilləşdirilməsi və hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılması nəzərdə tutulur.

Bu sərəncam Azərbaycan turizminə hansı faydaları verəcək?

Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a turizm eksperti Ceyhun Aşurov danışıb. O deyib ki, sənəddə 2030-cu ilə qədər əcnəbi turistlərin sayının təxminən 4 milyona çatdırılması proqnozlaşdırılır:

“Əlbəttə, bu rəqəmə çatmaq üçün atılacaq addımlar da proqramda geniş şəkildə əks olunub. Burada çarter reyslərinin subsidiyalaşdırılması, regionlardakı hava limanlarından səmərəli istifadə, vizaların sadələşdirilməsi, hədəf bazarlardan gələn turistlər üçün vizaların aradan qaldırılması, birbaşa uçuşların sayının artırılması, rekreasiya zonalarında turizmin təşviqi, sahibkarlığın dəstəklənməsi, yeni otellərin tikintisinin təşviqi, xaricdən turist gətirən turizm şirkətlərinə əlavə stimulların verilməsi kimi bir sıra tədbirlər nəzərdə tutulur. Bütün bunlar həyata keçirilərsə, təbii ki, turizmdə ciddi dəyişiklikləri görə bilərik. Bu, kifayət qədər ciddi bir sənəddir və orada göstərilən rəqəmlər elə də əlçatmaz deyil. Rəqəmlər kifayət qədər real hesablanıb və biz inanırıq ki, həmin göstəricilərə çatmaq mümkündür”.

C.Aşurovun fikrincə, əgər bütün tədbirlər düzgün şəkildə tətbiq olunarsa, bunun effektini gələn ildən hiss edə bilərik:

“Çünki ilk növbədə uçuşların və hava nəqliyyatının səmərəli şəkildə təşkil olunması, qiymətlərin optimallaşdırılması və ölkəyə gəlməyi asanlaşdıran digər addımların atılması gözlənilir. Bütün bunlarla yanaşı, düzgün tətbiq olunduğu və hər hansı gözlənilməz hadisə baş vermədiyi halda, növbəti ildən ölkəmizə gələn əcnəbi turistlərin sayının, onların xərclərinin, turizmdən əldə olunan gəlirlərin və məşğulluğun artması kifayət qədər real görünür”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm