I Avropa Oyunları Azərbaycanı dünyaya daha yaxşı tanıtmaq üçün ən gözəl vasitələrdən biridir – Açıqlama
Bizi izləyin

Ekopublika.az

I Avropa Oyunları Azərbaycanı dünyaya daha yaxşı tanıtmaq üçün ən gözəl vasitələrdən biridir – Açıqlama

“I Avropa Oyunları Azərbaycanı dünyaya daha yaxşı tanıtmaq üçün ən gözəl vasitələrdən biridir. Bu oyunlar keçirilən zaman bütün dünyanın diqqəti Azərbaycana yönələcək, hamı Azərbaycanın necə təhlükəsiz, humanist və qonaqpərvər olduğunu görəcək”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin üzvü Yevda Abramov deyib. O bildirib ki, bu, ölkəmizə inamı artıracaq, ölkəmizin dünyada nüfuzunu daha da gücləndirəcək, turist axınını, investisiya qoyuluşunu artıracaq.

Y.Abramov ilk Avropa Oyunlarına qarşı qarayaxma kampaniyasından da danışıb: “Azərbaycanın beynəlxalq nüfuzunun artmasından, güclənməsindən və regionda aparıcı dövlət olmasından qısqanclıq keçirən qüvvələrdir”.

Y.Abramov bildirib ki, Azərbaycanda həmişə belə böyük beynəlxalq tədbirlər keçiriləndə, qara qüvvələr öz çirkin əməllərinə başlayırlar: “Onların məqsədi Azərbaycanı dünya ictimaiyyətinin gözündən salmaqdır. İlk Avropa Oyunlarına qarşı aparılan kampaniya da növbəti bu xarakterli addımlardan biridir. Ancaq onlar özlərini nahaq yerə yorurlar. “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində də belə bir qara təbliğat aparılmışdı, amma Azərbaycan bunların bu “fəaliyyət”ini heçə uğratdı və sübut etdi ki, qonaq qəbul etməyə, dünyanın ən mötəbər tədbirlərinə ev sahibliyi etməyə qadirdir və layiqdir”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm