Ekopublika.az
Ermənistana Gömrük İttifaqından ilk zərbə
Ermənistan Gömrük İttifaqından ilk zərbəsini
aldı.
Publika.az-ın məlumatına görə, iqtisadçı ekspert Qubad İbadoğlu bu
barədə bu gün öz "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, Rusiyadan asılılığı getdikcə artan Ermənistan
iqtisadiyyatı müstəqilliyini tam itirəndən sonra ilk dəfə bu
miqyasda olan kütləvi sosial etirazlarla qarşılaşdı. "Əslində son
günlər Ermənistanda baş verənlər yalnız avtoritar idarəetməyə
deyil, həm də Rusiyanın Ermənistandakı hökmran mövqeyinə etiraz
nümayişidir. Hazırda Rusiyanın şirkətləri Ermənistanın yalnız
enerji bölməsini deyil, telekommunikasiya, dəmir yolları nəqliyyatı
və mədən sənayesini bütünlüklə nəzarətə götürüb",- deyə Qubad
İbadoğlu Ermənistan paytaxtında enerji daşıyıcılarının qiymətinin
qaldırılması ilə bağlı keçirilən "Talana yox" oturaq aksiyası ilə
bağlı vurğulayıb.
İrəvanın Azadlıq meydanında iyunun 19-da başlanan oturaq “Talana
yox” aksiyasının əsas tələbi elektrik enerjisi tariflərinin
yüksəldilməsi barədə qərarı ləğv etməkdir. İyunun 22-i saat 19-da
aksiya prezident iqamətgahının qarşısına keçirilmişdi. Ertəsi günü
erməni polisi prezident iqamətgahının qarşısında oturaq mitinqi güc
yolu ilə dağıtdıqdan sonra həmin gün axşam saat 22:30-da
nümayişçilər yenidən yerlərini tutublar. Bu günə kimi aksiya orada
davam edir.
Ermənistan Tarif Şurası ötən həftə keçirdiyi iclasda "Ermənistanın
Elektrik Şəbəkəsi" şirkəti (EES) tərəfindən istehlakçılara
çatdırılan elektrik enerjisinə yeni tarifləri müəyyənləşdirib. Yeni
qərara əsasən, avqustun 1-dən etibarən əhali üçün elektrik
enercisinə yeni qiyməti 6,93 dram (təqribən 0,015 dollar)
yüksələcək və gündüz vaxtları üçün bir kVAT/saat üçün 48,78 dama
qədər (təxminən 0,1 dollar), gecə vaxtı isə 38,78 dram (təqribən
0,08 dollar) təşkil edəcək. EES-in verdiyi sifarişdə isə
qiymətlərin 17,08 dram (təqribən 0,036 dollar) qaldırılması təklif
edilirdi.
Ermənistanda ildən ilə ağırlaşan sosial-iqtisadi vəziyyətə toxunan
Qubad İbadoğlu bu il vəziyyətin daha kəskin olduğunu bildirib:
"2015-ci ilin aprel ayına olan məlumata görə, xaricdə yaşayan
ermənilərin pul göndərişləri ötən ilin eyni dövrü ilə müqayisədə 56
faiz azalıb. Müqayisə olunan dövrdə idxal 30,5 faiz, ixrac isə 23,1
faiz aşağı düşüb. Bu ilin may ayına Ermənistanın xarici borcları 4
milyard 659 milyon dollara çatıb ki, bu da milli gəlirin 52,8 faizi
qədərdir. Bu ildən kəskin azalan xarici investisiyalar iş
yerlərinin sürətlə bağlanmasına və yoxsulluğun daha da artmasına
gətirib çıxarıb. Belə ki, bu ilin birinci rübünün sonuna yoxsulluq
səviyyəsi ölkə əhalsinin 50 faizə qədərini, kənd əhalisinin isə hər
3-dən 2-ni əhatə edib".
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ